Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

“Separatçıların Qarabağdan qaçması bir neçə həftə çəkəcək” -GƏLİŞMƏ

 

“Vardanyanın sülhməramlıların çətiri altında gizlənən yerli kriminal avtoritetlərlə birgə fəaliyyəti hər keçən gün Bakıda “faydalı axmağın boşboğazlığı” adlandırıla biləcək xarakter alır, ciddiyyətini itirir”.
Yenixeber.org: Bu fikirləri sabiq xarici işlər naziri Tofiq Zülfüqarov sosial şəbəkə hesabında yazıb.
Keçmiş nazir Qarabağın Ermənistana birləşdirilməsi, yəni “miatsum 2” ideyalarının yenidən baş qaldırması məsələsinə də münasibət bildirib. T. Zülfüqarov qeyd edib ki, bu ideyanın fəlakətli şəkildə tarixə qovuşmasına az qalıb.
“Daha bir neçə həftə və "miatsum 2" layihəsi fəlakətli şəkildə tarixin tozlu səhifələrinə qarışacaq”, - deyə eks-nazir əlavə edib.
Tofiq Zülfüqarov Rusiya sülhməramılılarının müvəqqəti nəzarəti altında olan ərazilərimizdə fəaliyyətlərini davam etdirən separatçıların bölgədən qaçmağa başlayacaqlarını vurğulayıb:
“Əgər Ağdərə-Kəlbəcər-Ermənistan sərhədi marşrutu üzrə hərəkəti təmin edib, tam nəzarətimiz altında alsaq, o zaman “miatsumçuların” total qaçışı prosesi cəmi bir-iki ay çəkəcək”.
Qeyd edək ki, son həftələrdə Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti zonasında fəaliyyətini davam etdirən separatçı rejimin rəhbərləri arasında gərginlik hökm sürür. Eyni zamanda bir sıra zəngin ermənilərin vəziyyətin günü-gündən daha qeyri-müəyyən hal aldığı bölgədən artıq qaçmağa başladığı deyilir. (Bizim.Media)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam