Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

İcra Hakimiyyəti onlara kömək edəcəkmi? -VİDEO

Yenixeber.org: Xatırlayırsınızsa bir neçə gün əvvəl "MUM.TV" YouTube kanalımızda Astara rayon Miki kəndində acınacaqlı vəziyyətdə yaşayan bir ailənin yaşamağa məcbur qaldığı evin şəraitinin görüntülərini sizlərə təqdim etmişdik. Eyni zamanda, portalmızda da ətraflı məlumat dərc etmişdik.
                Zəngin ölkəmizin səfil vətəndaşı
Əslində ümid edirdik ki, dövlət büdcəsindən milyonların ayrıldığı Astara rayon İcra Hakimiyyəti bu görüntüləri izlədikdən sonra dərhal, min bir çətinliklə gələcəyin iki əsgərini böyüdən bu ailəyə müəyyən qədər köməklik göstərəcəkdir. Lakin, təəssüflər olsun ki, Astara rayon İcra Hakimiyyəti ümidlərimizi doğrultmadı.


Görüntülərdə gördüyünüz kimi ailənin vəziyyəti nəinki düzəlməyə doğru getməyib, əksinə soyuqdan sağlamlıqlarına da ziyan dəyib. Evin xanımı Hüseynova İlhamə Süleyman qızının da dediyi kimi yaxın gələcəkdə adına "həqiqi hərbi xidmətə çağırış" vərəqəsi gələcək oğulun ayaqları soyuqdan tutulub. Ailənin bildirdiyinə görə rayonda fəaliyyət göstərən dövlət qurumlarından kimsə bugünə qədər onların mövcud durumu ilə ümumiyyətlə maraqlanmayıb.
Əslində, ailənin istəyi mümkünsüz deyil. Ümumiyyətlə, çox çətin də deyil. İlhamə Hüseynova bildirir ki, yaşadığı kəndin sakinləri əlbir olub, onun üçün həyətində daşdan ev tikiblər. Lakin, kənd sakinlərinin maddi imkanı yalnız divarların inşasına yetib. Xanımın istədiyi kömək odur ki, həmin evin dam örtüyü və digər işləri başa çatdırılsın ki, ən azından çadırdan çıxıb, övladlarını yanına alıb, o evdə yaşasın.
Güman edirik, Astara rayon İcra Hakimiyyəti ailənin durumunu nəzərə alacaq və ailənin o qədər ehtiyaclara rəğmən, yeganə istəyi evinin tikintisinin başa çatdırılmasında lazımi köməklik göstərəcəkdir.
Hələlik isə bu bir arzudur...
Mövzuya qayıdacağıq və ailəyə hər hansı bir yardım göstərilərsə, onu da diqqətinizə çatdıracağıq.
Redaksiyamız hər kəsin söz haqqını tanıyır.
DogruXeber.az

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam