Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Qəbələdə koronavirus xəstəsi -kənd ərazisində hərəkətdə olarkən saxlanılıb

 

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlər zamanı aktiv koronavirus xəstəsinin yaşadığı ünvanı tərk etdiyi müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan yenixeber.org-a verilən məlumata görə,  Qəbələ rayonu Mıxlıqovaq kənd sakini Qabil Cəlilovun COVİD-19 testinin nəticəsi pozitiv olduğu üçün ona ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq,  həmin şəxs kənd ərazisində hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılıb və yaşadığı evə geri qaytarılıb.

Q.Cəlilov barəsində Qəbələ Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam