Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

İsmayıllıda icra nümayəndəliyinin binasından -oğurluq edən şəxs saxlanılıb

 

İsmayıllı rayonu Cülyan kənd icra nümayəndəliyinin inzibati binasından 1700 manat dəyərində kompüter dəsti naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan yenixeber.org-a verilən məlumata görə, İsmayıllı Rayon Polis Şöbəsinə məlumat daxil olan kimi hadisə yerinə baxış keçirilib. “İsti izlər”lə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də məhkum olunmuş İsrəfil Alızadə saxlanılıb. Oğurladığı kompüterlər isə Quşencə kəndində yaşadığı evdən götürülərək maddi sübut kimi istintaqa təqdim olunub.

Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam