Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Zaqatalada qadına məxsus -təqaüd kartını oğurlayan şəxs saxlanılıb

 

Zaqatala Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayonun Göyəm kənd sakini bir qadın yaşadığı evdən ona məxsus təqaüd kartının naməlum şəxs tərəfindən oğurlandığını və hesabında olan 1043 manat pulun çıxarıldığını bildirib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenixeber.org-a verilən məlumata görə,  polis əməkdaşları tərəfindən keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində oğurluq hadisəsini törətməkdə şübhəli bilinən zərərçəkmişin qonşusu Vüsal Ramazanov olduğu müəyyən edilib və o, şübhəli şəxs qismində saxlanılıb. Araşdırma zamanı onun ayrı-ayrı vaxtlarda kartın balansında olan pulları çıxararaq öz əyləncəsi üçün xərclədiyi məlum olub.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam