Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Mingəçevirdə -heroin satan ana və oğlu saxlanılıb

 

 

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli bilinən ana və oğlu saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenixeber.org-a verilən məlumata görə, daxil olan əməliyyat məlumatı əsasında keçirilən tədbirlər nəticəsində Mingəçevir şəhər sakinləri Arzu Əliyeva və oğlu, əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Elmir Əliyev taksi fəaliyyəti ilə məşğul olan tanışları Seymur Əliyevin idarə etdiyi “NAZ Lifan” markalı avtomobillə hərəkətdə olarkən şəhər ərazisində saxlanılaraq Polis Şöbəsinə gətiriliblər.

Şəxsi axtarış zamanı A.Əliyevadan sellofan torbada satış məqsədilə saxladığı 123 qramdan artıq narkotik vasitə- heroin götürülüb. Həmin şəxslərin ətrafında davam etdirilən əməliyyat tədbirləri ilə onların yaşadığı ünvana da baxış keçirilib. Oradan E.Əliyevə məxsus 30 qram heroin və kustar üsulla hazırlanmış 465 qram tiryək aşkar olunaraq götürülüb.

Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam