Göyçayın icra başçısı haqda ilginc iddialar
Üç məmurdan üst-üstə 600 min manat aldığı iddia olunan icra başçısının həmçinin həmin məmurlara “abadlıq zonaları” ayırdığı bildirilir
"Xerberinfo.com": Məlumata görə, Göyçayın icra başçısı Mübariz Ağayev bir neçə məmuru çətin vəziyyətə saldığı iddia olunur.
Belə ki, icra başçısı rayonun abdlaşdırılması üçün bir neçə məmuru sözün həqiqi mənasında “yüklədiyi” Göyçayda gəzən dedi-qoduların əsasını təşkil edir.
Göyçaydan AzMedi.ino-ya daxil olan məlumata görə, Mübariz Ağayevin abadlaşdırılma üçün “yüklədiyi” məmurlar Göyçay təhsil şöbəsinin müdiri Asif Nəbiyev, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Famil Zeynalov və Mədəniyyət və Turizm Şöbəsinin müdiri Sahib Şükürovdur. Qeyd edək ki, bir qayda olaraq büdcə vəsaitlərinini silinməsi üçün bu üç büdcə təşkilatından yararlanırlar. Lakin bu dəfə Göyçay rayon İcra Hakimiyyətin başçısı Mübariz Ağayev bu üç büdcə təşkilatının rəhbərlərini özünə məxsus şəkildə “cəzalandırdığı” qeyd olunur.
Daxil olan məlumata görə adını çəkdiyimiz bu üç büdcə təşkilatının rəhbəri uzun müddətdir ki, həmin vəzifələrdə çalışıblar və elə Mübariz müəllim də olmaqla bir neçə icra başçısını yola salıblar. Mənbə qeyd edir ki, Mübariz Ağayev Göyçaya ikinci dəfə icra başçısı təyinatı alanda rayonda söz söhbət gəzirdi ki, icra başçısı hər üç məmurla vidalaşacaq. Çünki Mübariz müəllimin köhnədən bu idarə müdirlərinə acığı qaldığı iddia olunurdu. Yəni əhali güman edirmiş ki, Mübariz müəllim onları çıxardıb başqası ilə əvəz edəcək və həm əvvəlki acığını soyudacaq, həm də bu dəyişiklikdən kifəyət qədər qazanclı çıxacaq. Ancaq rayon camaatının gözləntisinin əksinə olaraq icra başçısı hər üç məmuru yerində saxladı.
Mənbə qeyd edir ki, əslində Mübariz Ağayev hər üç məmuru vəzifəsindən çıxartmaq istəyirdi. Lakin sonradan icra başçısı öz fikrini dəyişib və acıqlı olduğu büdcə təşkilatı rəhbərlərini fərqli şəkildə “cəzalandırıb”.
Belə ki, AzMedia.info-nu məlumatlandıran mənbənin iddiasına əsasən Mübariz Ağayev əvvəlcə üç məməurun hərəsindən 200 min manat “xoşgəldin” pulu alıb. Bu pulu aldıqdan sonra isə icra başçısı öz acığını tam olaraq soyutmaq üçün hər üç məmura ayrı-ayrılıqda “abadlıq zonası” ayırıb və onlardan tələb edib ki, avqust ayının sonuna qədər həmin ərazilər abalaşdırılaraq təhvil verilməlidir. Mənbə qeyd edir ki, hər üç məmur ayrı-ayrılıqda “abadlıq zonası”na 150 min manatdan artıq xərc çəksələr də, hələ də işləri yekunlaşdıra bilməyiblər və avqustun axırı yaxınlaşdığı üçün onların vəzifədən alınması haqqında söz-söhbət yenidən Göyçayda əsas deli-qoduya çevrilib. Məndə bildirir ki, Göyçay cammatı yenidən bu söz-söhbətin necə bitməsini maraqla gözləməkdədir.
Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.