Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Astara bulvarının astar üzü

 

Astarada inşa edilən dənizkənarı bulvar yerli idarə rəhbərlərinin və iş adamlarının probleminə çevrilib

 

"Xeberinfo.com":  Məlumata görə, Astara rayon icra başçısı Qəzənfər Ağayev dənizkənarı bulvarı büdcə təşkilatlarının və iş adamlarının hesabına inşa edir və bu da Astarada başçıdan ciddi narazılıq mənbəyinə çevrilib. Belə ki, şəhərin mərkəzində dənzikənarı sahil zolağında tikilən 8 hektarlıq bulvarda aparılan işlərə ayrılan pulların hara sərf olunması məlum olmasa da, Qəzənfər Ağayev möhtəşəm park bulvarını bəhanə edərək büdcə təşkilat rəhbərlərinin, kənd icra nümayəndələrinin və iş adamlarının üzərinə qoyub. Bundan başqa bulvar ərazisində fəaliyyət göstərəcək iaşə obyektləri indidən satışa qoyulub. Bulvarda çayxana, restoran və digər iaşə obyektləri işlətmək istəyən hər kəsdən pul alınır. Daha doğrusu həmin şəxslərdən tələb olunur ki, qabaqcadan yer pulu verməklə yanaşı iaşə obyektlərini də özləri inşa etsinlər. Qeyd edək ki, sözü gedən bulvar bu ilin birinci rübündə təhvil verilməlidir və elə buna görə də Qəzənfər Ağayev hər kəsi tələsdirir. Bunun üçünsə rayonun bütün idarə və müəssisə rəhbərlərinə, iş adamlarına təzyiqlər artırılır və tələblər isə günü-gündən böyüyür.
Bu barədə AzFakt.com-u məlumatlandıran mənbə bildirirki, Qəzənfər Ağayev büdcə təşkilatı rəhbərlərinin hər birindən 10 min, icra nümayəndələrindən 3-5 min arası, iş adamlarından isə 2 və 5 min manat arası pul toplayıb. Ümumilikdə isə icra başçısının 300 min manta yaxın vəsait topladığı iddia olunur. Qeyd olunur ki, İcra başçısının hesab yığma kampaniyasına isə daha çox iş adamları həvəslə yanaşıblar. Çünki park bulvar istifadəyə veriləndən sonra orada bir çox obyektlər açılacaq. Artıq bəzi böyük obyektlərlə bağlı Qəzənfər Ağayevlə razılaşmalar əldə olunduğu bildirilir. Amma yerli idarə və müəssisələrin rəhbərləri, xüsusəndə büdcə təşkilatlarının rəhbərləri icra başçısının bu kampaniyasından ciddi narazılıq edirlər. 
Qeyd edək ki, ümumi sahəsi 8 hektar olan park-bulvarda artıq 6 min metrdən çox sahilboyu əraziyə üzlük plitələr döşənib, həmçinin işıqlandırma sistemi qurulub başa çatdırılıb. Bundan başqa 600 kv.m sahədə iri tutumlu,müasir görünüşlü fontan inşa edilib.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…
 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam