Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Şəkidə -evdən qızıl və pul oğurlayan cinayətkar qrup saxlanılıb

 

Şəki Şəhər Rayon Polis Şöbəsinə şəhər ərazisində yerləşən fərdi yaşayış evindən xeyli məbləğdə pul və qızıl-zinət əşyalarının oğurlanması barədə müraciət daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenixeber.org-a verilən məlumata görə, daxil olmuş müraciətlə əlaqədar olaraq həmin ünvana baxış keçirilib, zərərçəkmişə məxsus evdən 8 min ABŞ dolları, 8 min manat pul və 6 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığı müəyyən edilib.  Keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən 3 nəfər Şəki şəhər sakini- Elgün Rəsulov, Anar Abdulhəmidov və Səxavət Mustafayev saxlanılıb.

Saxlanılan şəxslərin ətrafında aparılan araşdırma zamanı məlum olub ki, E. Rəsulov, A.Abdulhəmidov və S.Mustafayev qabaqcadan əlbir olub, həmin evə oğurluğa girməyi planlaşdırıblar. Onlar ev sahibini və ailə üzvlərini izləyərək, heçkimin olmadığı müddətdə  ora daxil olublar. Pul və qızıl-zinət əşyalarını oğurladıqdan sonra isə öz aralarında bölüblər. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurlanmış qızıl və pul onlardan maddi sübut kimi götürülüb.

Faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində cinayət işi başlanılıb,  hər üçü təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub. Onların digər cinayət əməllərində iştiraklarının olub-olmamasının müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam