Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

Hacıqabulda polis əməliyyatı: -“Hacı”, “Kərbəlayi” və “Şirinbala” ləqəbli narkotacirlər tutulublar

Hacıqabulda narkotik vasitələrin qanunsuz dövriyyəsində məşğul olan şəxslər saxlanılıb.

Yenixeber.org: Məlumata görə, Hacıqabul rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunan, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Hacıqabul şəhər sakini, 1990-cı il təvəllüdlü Qasımov Alim Namiq oğlu saxlanılaraq üzərinə baxış keçirilən zaman ondan bir bükümdə narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Məlum olub ki, narkotik vasitəni ona əvvəllər Rusiya və Azərbaycanda məhkum olunan, Hacıqabul şəhər sakini, 1986-cı il təvəllüdlü kriminal dairələrdə “Şirinbala” ləqəbi ilə tanınan Səmədov Faiq Rahib oğlu satıb. Əməliyyatın davamı olaraq müəyyən edilib ki, F.Səmədova narkotik vasitəni yas məclislərində mollalıq edən “Kərbəlayi Valeh” kimi tanınan əvvəllər məhkum olunmuş Hacıqabul şəhər sakini, 1974-cü il təvəllüdlü Vəliyev Valeh Balaqardaş oğlu satıb. Sonuncunun üzərinə baxış keçirilən zaman ondan 32,332 qram narkotik vasitə olan heroin, 4,044 qram psixotrop maddə olan metamfetamin və üzərində heroin izi olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Həmçinin müəyyən edilib ki, V.Vəliyevə narkotik vasitələri Şirvan şəhər sakini, əvvəllər Rusiya federasiyasında məhkum olunan 1971-ci il təvəllüdlü kriminal dairələrdə “Hacı” ləqəbi ilə tanınan narkotacir Məmmədov Fərrux Məmməd oğlu  360 manata satıb. Sonuncu saxlanılarkən onun da üzərindən narkotik vasitə olan heroin və bir ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam