Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

Abşeron həbslərinin davamı: İradə Gülməmmədovanın Xırdalan merinin başı dərddə-FOTO

 

Yenixeber.org: Məlum olduğu kimi bir müddət öncə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin həyata keçirdiyi kompleks əməliyyat-istintaq tədbirləri ilə Abşeron rayon icra hakimiyyəti Memarlıq və tikinti şöbəsinin müdiri (baş memar) Akif Əliyev və Abşeron rayon icra hakimiyyəti MKTB-nin Xırdalan şəhəri 3 saylı Mənzil Təsərrüfat İstehsalat İstismar təmir sahəsinin rəisi Murad Əhmədov həbs edildi. Akif Əliyev 23 iyun 2020-ci il tarixdə Cinayət Məcəlləsinin 311.2-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş, Binəqədi rayon məhkəməsinin qərarı ilə barəsində 4 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Murad Əhmədov isə Cinayət Məcəlləsinin 32.4, 312.1 (rüşvət verməyə təhrik etmə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə 3 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Onu bildirək ki, Abşeron rayonunda baş memar Akif Əliyevin əsas fiqur olduğu rüşvət komandası haqqında dəfələrlə mediada yazılar dərc olunub. Heç şübhəsiz həbslər bu iki nəfərlə baça çatmayacaq və redaksiyamıza daxil olan məlumata görə bu işdə Xırdalan şəhər icra nümayəndəsi Rafiq Yusubovun da başı ağrıya bilər.
                                       Rafiq Yusubov kimdir?
Yusubov Rafiq Möylə oğlu – 22 iyul 1978-ci ildə qədim Borçalı mahalında – indiki Gürcüstanın Marneuli rayonundakı Sadaxlı kəndində anadan olub. 1984-1995-cü illərdə 1 №-li Sadaxlı kənd orta məkətəbəində oxuyub. 1999-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasının “elektron energetika” fakültəsini bitirən R.Yusubov 2000-2001-ci illərdə Bərdə rayonununda hərbi xidmətdə olub. Əmək fəaliyyətinə 2001-2003-cu ildə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində (DTXK) mühəndis-operator olaraq başlamış, 2003-2006-cı illərdə DTXK-da mühəndis, 2006-2015-ci illərdə isə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsində aparıcı məsləhətçi vəzifələrində çalışmışdır.
2008-2010-cu illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında inzibati idarəetmə ixtisasına yiyələnib. Abşeron Rayon İcra Hakimiyyəti başçısının 03 avqust 2017-ci il tarixli əmri ilə Abşeron Rayon İcra Hakimiyyəti başçısının Хırdalan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyin edilib.
                                   

                                         R.Yusubovun vəzifə yüksəlişinin gizlinləri
Qeyd edək ki, Rafiq Yusubov sözügedən vəzifəni Əbülfət Qasımovun əlindən alıb. Bu, o Əbülfət Qasımovdu ki, vaxtı ilə Xırdalan sakinləri arasında talançılığına görə ad çıxarmışdı. Həmçinin həmin Rafiq Yusubovdur ki, vaxtı ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Abşeron rayon şöbəsinin müdiri Mübariz Vəliyevin yanında işləmiş, onun ən yaxın adamlarından biri kimi rayonun kənd və qəsəbələrində bələdiyyələrin köhnə tarixlərlə satdıqları torpaq sahələrinə mülkiyyət haqqında saxta sənədlər vermişlər. Çalışdıqları idarə 2015-ci ildə Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə birləşdirildikdən sonra işsiz qalmış Rafiq Yusubov isə keçmiş müdiri Mübarız Vəliyevin vasitəçiliyi ilə 2017 ci ildə Abşeron rayon İcra Hakimiyyəti başçısının Xırdalan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyin olundu.
                                           İcra nümayəndəsi Xırdalanda nə iş görüb?
Bu vəzifəyə təyinat aldıqdan sonra Rafiq Yusubov Xırdalan şəhərində nə kimi işlər görə bilib? Sakinlərin bildirdiyinə görə, onun təyinatına qədər Xırdalanda parklar salınmış, abadlıq, quruculuq işləri aparılmışdı. Xırdalan şəhər İcra Nümayəndəliyi tərəfindən yol kənarlarına salınan qazon, əkilən şam ağacları, müxtəlif növ dekorativ güllərin əkilməsi görülən abadlıq işləri, sakinlər üçün yaradılmış istirahət guşələri qeyd etdiyimiz kimi çoxdan görülmüş işlərdir. Amma verilən məlumatlara görə Rafiq Yusubov bu işlərin yenidən görülməsinə vəsaitlər ayırır, güya yenidən təmir edilib adı ılə ayrılmış vəsaitləri kənarlaşdırır. .İstər H. Əliyev prospektində , istərsə də mərkəzi küçələrdəki ticarət, məişət və içtimai iaşə obyektlərin qabaq hissələri əsaslı şəkildə təmiri əslində yerli kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara düzəltdirilir. Xərclərin isə icra nümayəndəliyindən ayrıldığı, işlərin güya həmin vəsaitlər hesabına görüldüyü qeyd edilir. Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Xırdalan Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi “İdarənin xərcləri” maddəsi üzrə mal-materialların, yumşaq inventarların, yataq ləvazimatlarının və xüsusi geyimlərin, inventarların və avadanlıqların satın alınması, Xırdalan şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinin, Xırdalan şəhər orta məktəb binasının cari təmir işlərinin satın alınması və digər xərclər maddəsi üzrə malların (işlərin və xidmətlərin) satın alınması üçün elan etdiyi tenderlərdə və kotirovka sorğularında kimlərin qalıb çıxması və buradan Rafiq Yusubovun nə qədər gəlirlər əldə etdiyi isə heç kimə bəlli deyil.
                                            Tender müəmması
Xırdalan şəhəri üzrə elan olunan tenderlərlə bağlı redaksiyamıza maraqlı məlumat daxil olub. 17 oktyabr 2019-cu il tarixində Abşeron rayon İcra Hakimiyyəti başçısının Xırdalan şəhəri üzrə nümayəndəliyi iki özəl şirkətlə – “Morovia” MMC və “Komisso” MMC ilə müqavilə bağlayıb. Müqavilələrin ümumi dəyəri 83 min 197 manat 50 qəpik təşkil edir. Abşeron rayon İcra Hakimiyyəti başçısının Xırdalan şəhəri üzrə nümayəndəliyi “Morovia” MMC-yə “Digər maşın və avadanlıqların satınalınması” üçün 24 min 460 manat, “Avadanlığın satınalınması” üçün 7 min 895 manat, “Bərk inventarın satınalınması” üçün 24 min 475 manat, ” “Komisso” MMC-yə isə “Yumuşaq inventarın satınalınması” üçün 26 min 367 manat 50 qəpik ödəyəcək.
Məsələnin maraqlı və qəribə tərəfi odur ki, şirkətlərdın biri – “Morovia” MMC cəmi 56 gün əvvəl – 22 avqust 2019-cu il tarixində, “Komisso” MMC isə cəmi 4 ay əvvəl – 13 iyun 2019-cu il tarixində dövlət qeydiyyatına alınıblar. Hər iki şirkətin hüquqi ünvanı – Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisini göstərir. “Morovia” MMC “3-cü Mədən, ev 12”-də, “Komisso” MMC isə “1-ci Mədən, ev 43”-də qeydiyyata alınıb.
Çox qəribədir ki, cəmi 2 və 4 ay əvvəl yaranan və 83 min manatdan çox tender udan bu şirkətlər barədə açıq internet resurslarda heç bir məlumat yoxdur. Şirkətlərin rəsmi veb-səhifəsi və əlaqə vasitələri mövcud deyil. Hətta sosial şəbəkələrdə belə hesabları yoxdur. Üstəlik hər iki şirkət yalnız Abşeron rayon İcra Hakimiyyəti başçısının Xırdalan şəhəri üzrə nümayəndəliyinin keçirdiyi tenderlərin qalibi olublar.
Qeyd edək ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanunun 6-cı maddəsinin 2-ci bəndində açıq şəkildə yazılır ki, satınalma prosedurlarında iştirak etmək üçün malgöndərənlərin (podratçıların) ixtisas göstəriciləri aşağıdakı meyarlara uyğun gəlməlidir:
Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığı, təcrübəsi, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi, etibarlığı…
Abşeron rayon İcra Hakimiyyəti başçısının Xırdalan şəhəri üzrə nümayəndəliyi kotirovka sorğusunu 27 sentyabr tarixində elan etdiyi üçün belə qənaətə gəlmək olur ki, cəmi bir ay əvvəl yaradılan şirkətin peşəkarlığına, təcrübəsinə və idarəetmə səriştəsinə şübhə ilə yanaşılmalıdır…(cumhuriyyet.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam