Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

"Atlas Tibb Mərkəzi" klinikasında nə baş verir?-İDDİA

 Yenixeber.org: "Atlas Medical Center"MMC-özəl klinikası Səhiyyə Nazirliyi tərəfindən fəaliyyətinin dayandırılmasına sərəncam verilib. Nazirliyin mətbuat xidmətinin dediyinə əsaslanaraq bildiririk ki, nazirliyə "Atlas Medical Center" MMC -nin lisenziyasının əlavəsində göstərilən xidmətlərdən kənar ginekoloji və doğuşa yardım xidmətləri barədə müraciət olunub . Məlumatda o da bildirilib ki, müəssisədə tibbi xidmətlərin təşkili zamanı mövcud tələblərin ciddi şəkildə pozulması aşkarlanıb. Səhiyyə Nazirliyinin komissiyası tərəfindən "Atlas Medical Center" MMC-nin fəaliyyətini nöqsanların tam aradan qaldırana qədər dayandırılması barədə qərar verilib. Araşdırmalar göstərir ki, bu klinikanın direktoru "Şərq" bazarının rəhbəri "Qorqud Holdinq"-in prezidenti Heydər Əli oğlu Əliyevdi. Lakin klinikadan ictimaiyyətə məlumat verildi ki, müəssənin fəaliyyəti dayandırılmayıb sadəcə ginekoloji şöbə bağlanıb. Araşdırmaya görə, nazirlikdən bu məlumat təkzib edilib "klinikanın bağlanması barədə nazirliyin sərəncamı" var. Məlumatda bildirilir ki, sonradan "Atlas Medical Center"in MMC-nin hüquqşünası klinikanın işinin dayandırdığı barədə nazirliyi məlumatlandırıb. Son məlumatlarda deyilir ki, vətandaşdan, (Bakı sakini adının çəkilməsini istəməyib) klinikanın direktoru onu işə düzəltmək adı ilə 20 min manat pulunu mənimsəyib. İşə düzəltməməklə yanaşı aldığlı puluda geri qaytarmayıb.

Bəs klinikanın rəsmi şəkildə fəaliyyati yoxdursa, klinikanın iş vakansiyaları necə rəsmləşib?

Məlumatda oda bildiirilibki, " Atlas Tibb Mərkəzi"nin Sumqayıtdakı filialı da təmirlə əlaqədar öz fəaliyyətini dayandırıb. Şikayətçilər bildirirlər ki, xəstəxanada müayinə olunmaq olduqca bahadır və digər tərəfdən də analiz zamanı da daha çox pul ödəməli oluruq. Təkcə Qan və USM analizinə görə 238 manat ödəməlisən. Məlumata görə, "Atlas Tibb Mərkəzində" "guya ki, həkimlər” in qəbuluna düşmək üçün bir ay qabaqcadan yazılmaq lazımdır. Qəbul haqqıda ayrıca olaraq ödənişlidi. Görünür ki, bu müəssisədə qanunsuzluq və özbaşınalıq hələdə davam edir.

Unutmaq lazım deyil ki, müalicə ocaqları restoran deyildir ki, səhiyyə sahəsində çalışan həkimlər tərəfindən imkansız xəstələrə "qane etmirsə, gedə bilərsən” deyilə. Bu da bizim respublikamızın ən əsas və arğılı problemlərindən biridir ki, bunu da çox qısa müddətə cənab nazir Oktay Şirəliev, həll etmək lazımdır...

P.S. Məqalədə adı çəkilən şəxslərə də hörmətlə yanaşaraq onların da fikirlərini yazmağa hazırıq.(emtv.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam