Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

İqbal Məmmədov lerikliləri Prezidentə qarşı qaldırır-ŞİKAYƏT

 

 Yenixeber.org: Pandemiya dövründə İlham Əliyevin dəfələrlə etdiyi çıxışlar, əhalinin virusa yoluxmaması üçün gördüyü işləri hər kəsə örnək olmalıdır. Prezident ilk mərhələdə dövlət büdcəsindən ayırdığı 1 milyard manatla yanaşı öz bir illik maaşını da ehtiyat fonduna bağışladı. Sahibkarlara və işsiz vətəndaşlara birdəfəlik yardımlar etdi.

Xalq prezidentə bu qədər etimad edib onu dəstəklədiyi vaxtda "lal deputat” kimi tanınan, Lerik rayonundan "seçilmiş” İqbal Məmmədov xalqı prezidentə qarşı qaldırmaq istəyir. İqbal Məmmədovdan gələn şikayətlərin ardı-arası kəsilmir.

Gələn şikayətlərdən belə məlum olur ki, haqqında çox danışılan millət vəkili sakinləri narazı salmaqda davam edir.
10 il ərzində 10 kilometr yolun çəkilməsinə belə nail ola bilməyən deputat kimimi, yoxsa "Relax” istirahət mərkəzində oğlu və yaxın qohumları tərəfindən vergi və polis əməkdaşlarının döyülməsi, "Relax” istirahət mərkəzində ən lüks şərait olduğuna baxmayaraq, yaxınlığındakı evlərin bir çoxunda işıq və qaz problemləri illərdi həllini tapa bilməməsi kimi hallara görə İqbal Məmmədov Azərbaycan tarixinə düşəcək "lal” deputatlardan biridir.

Ay İqbal Məmmədov, axı Prezident xalqın bu çətin günündə onun yanındadır və xalqın rifahı üçün əlindən gələni edir. Nəyə görə sizə "səs verib seçən” Lerikliləri incidirsiz? Nəyə görə, verilən vədlərə əməl etmirsiz? Bu haqa kifayət qədər faktlar var. Sosial şəbəkələrdə aktiv olan Lerik sakinləri bunları hər zaman bildirir və bu haqda şikayət paylaşımları edir.

Yoxsa xalqı incitməklə onları prezidentinə dönük düşürmək istəyirsiz? Biz deyim var: "Yatsanız, yuxunuza belə gəlməz”. Xalqın dövlətinə olan sevgisi göz önündədir. Xalqın hissləri ilə belə oynamayın. Xalqın etimadını qazanın.

Mən düşünürəm ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) İcra başçıları ilə yanaşı bir çox mandat sahiblərini həbs etməlidir.

P.S. Bu yazını yazmaqda məqsədim bundan ibarətdir ki, bəlkə belə yazılardan sonra xalqını, millətini heçə sayan məmurlar əməllərində xeyli dəyişiklik olub onu seçən əhali ilə dərindən maraqlanıb dərdinə şərik çıxar./Hokm.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam