Bələdiyyə sədri ilə sakinlər arasında qarşıdurma: Sədr rüşvət almadığını iddia edir... - Video
Son bələdiyyə seçkilrindən sonra isə bələdiyyə sədri ilə Xolqaraqaşlı kənd sakinləri arasında qarşıdurma açıq müstəviyə keçib...
Yenixeber.org: Neftçala rayonunun Xolqaraqaşlı kənd bələdiyyəsinin sədri Əlibala Səlimovla kənd sakinləri arasında bir müddətdir ki, qarşıdurma davam edir. Kənd sakinlərinin bildirdiyinə görə bu qarşıduma uzun illərdir davam edir və onlar Əlibala Səlimovun 17illik bələdiyyə sədrliyindən və 40 illik feodallığından cana doyublar.
Çox maraqlıdır ki, kənd sakinlərinin böyük əlsəriyyəti bir nəfər kimi, Əlibala Səlimova səs vermədiyini və seçkiyə məhz Əlibala Səlimovun əleyhinə səs vermək üçün getdiklərini iddia etsələr də, nə sirdisə, cənab Səlimov seçki həmişə qutusundan sağ çıxır və daha sonra bələdiyyə sədri kürsüsünü məşğul edir. Kənd sakinləri bildiririlər ki, Əlibala Səlimov ancaq bir neçə qohumunun səsini alsa da, Xolqaraqaşlı bələdiyyəsinin əvəzolunmaz sədrinə çevrilib.
Son bələdiyyə seçkilrindən sonra isə Əlibala Səlimovla kənd sakinləri arasında qarşıdurma açıq müstəviyə keçib. Artıq bu qarşıdurma haqqında BBC Azərbaycanca, Azadlıq Radiosu, Meydan TV kimi media resurslarında repotajlar verilib. Buna baxmayaraq əlaqədar qurumlar vəziyyətə müdaxilə etməyiblər.
Qarşıdurma isə hər gün daha da böyüyür və Xolqaraqaşlı kəndi Neftçalada sosial gərginliyin əsas ocaqlarından birinə çevrilib. Redaksiyamıza müraciət edən kənd sakinləri bildirirlər ki, onlar Əlibala Səlimovun 40 ildir davam edən feodal idarəçiliyindən cana doyublar .
Aşağıdakı videolarda Xolqaraqaşlı kənd sakinlərinin bələdiyyə sədri ilə qarşıdurmasının bir epizodu ilə tanış olacaqsınız..(pia)
Qeyd edək ki, Əlibala Səlimov sovet dönəmində uzun müddət kolxoz sədri olub. O, uzun müddət Azərbaycan SSR-in Kolxozlar Şurasının sədri kürsüsündə də oturub. Sovet dönəmində bir sıra orden və medalla təltif olunub.
Azərbaycanda kolxoz sistemi ləğv olunduqdan sonra isə bələdiyyə sədri postuna sahib çıxıb. Kənd Təsərrüfatı Nazirliyi yanında Fermerlər Şurasının üzvü olan Əlibala Səlimov Xolqaraqaşlı kəndində münbit dövlət torpaqlarının böyük bir hissəsini ələ keçirib və uzun illərdir ki, sakinlərlə Əlibala Səlimovun arasındakı münaqişənin səbəblərindən biri də budur.