Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Xırdalanda Heydər Əliyev prospektində ağaclar kütləvi  şəkildə kəsilir –   FOTOLAR 

 

 “Xırdalanda H. Əliyev prospektində yol kənarında vaxtilə əkilmiş, yaşı 50, 60-ı keçmiş ağacların kəsilməsinin yeni dalğası başlanıb. Səbəb kimi bəhanə olaraq yolun genişləndirilməsini qeyd edirlər”.

Yenixeber.org: Bu barədə Elcan Hüseyn adlı vətəndaş “feysbuk” səhifəsində məlumat paylaşıb.

                    “Ağac kəsilməsi canlının məhv edilməsi deməkdir”

E. Hüseyn sual edir ki, hündür binaların yolun üstündə tikilməsinə razılıq verən rayon rəhbərliyi nə vaxtsa yolu genişləndirmək lazım olacağını düşünmürdülər: “Əlbəttə, düşünürdülər. Amma günü-gündən azalan ağacların kəsilməsi hesabına. Ağac kəsilməsi canlının məhv edilməsi deməkdir”.

Ağacaların kəsilməsinə etirazını bildirən E. Hüseyn mərhum prezident Heydər Əliyevin sözlərini yada salıb: “Bu prospektin adını daşıdığı Heydər Əliyev vaxtilə deyirdi ki, harda ağac kəsilirsə, elə bil mənim əlimi, qolumu kəsirlər. İndi isə bu kişinin çörəyini yeyənlər onun adını daşıdığı prospektdə ağaclara divan tuturlar. Epidemiyanın geniş vüsət aldığı bir dövrdə baş verən bu hadisə insanlığa sığmayan cinayətdir. Təəssüf ki, cəzasız qalan cinayət”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam