Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Azercell-in LİMİTSİZ internet fırıldağı: ay bitməmiş paket bitir - ŞİKAYƏT

 

 "Hər ay Azercelldən 30 manatlıq limitsiz internet paketi götürürəm ki, ailə üzvlərimlə bərabər 1 ay müddətində rahatlıqla istifadə edə bilim. Ötən ayın sonları 30 manatlıq LİMİTSİZ internet paketi yükləmişəm, amma hələ ay tamam olmayıb, indidən bildiriş gəlib ki, internet bitib, yəni qalıq 0 KB-dır. Əgər bu limitsizdirsə, bəs niyə ayın bu başından o biri başına çatmır? "

Yenixeber.org: Bu barədə sosial şəbəkə hesabında Akademik Musiqi Teatrının mətbuat katibi Fəridə Aslanova yazıb. O, provayderin isyifadəçiləri aldatdığını qeyd edib:

"İnternet tarifinin baha olması bir yana, vaxtından əvvəl bitdiyinə görə də adamı çox qıcıqlandırır. LİMİTSİZ sözünə uyğun davranılsa daha yaxşı olar. "Limitsiz" maskası altında gizlədilən "limit" indidən niyə bitsin ki? Ayın 30-na hələ çox var. Dəfələrlə bu barədə demişəm, lakin eşidən olmayıb. Ona görə də bura yazıram. 

Hörmətli Azercell şirkəti, xahiş edirəm ki, aktiv istifadəçilərinizin etirazından bir nəticə çıxarasınız və yaxud da internetə daha çox ehtiyacı olan peşə sahiblərinə qiymətlərdə müəyyən güzəştlər edəsiniz. Ya "Limitsiz" sözünü birdəfəlik çıxarasınız, ya da ona uyğun davranasınız ki, camaat da işini bilsin".(polemika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam