Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

“Azercell” də cəzalandırıla bilər

 

“Azercell” mobil operatoru barəsində şikayətlər millit təhlükəsizlik naziri və prezidentə ünvanlanmaqdadır. Artıq abunəçilərin narazılıqlarına əhəmiyyət verilmədiyi və rəsmiləşdirilmiş dələduzluqla onların pulları mənimsənildiyi üçün son ümid yeri ölkə başçısı qalıb. Abunəçilər ümid edirlər ki, AZAL-ın qiymət bahalığı ilə bağlı etirazlardan sonra dövlət başçısının vətəndaşların mövqeyindən çıxış etməsi “Azercell” problemində də öz əksini tapa bilər. 


"Xeberinfo.com":  Məlumata görə, şirkət abunəçilərin nə təkliflərini dinləyir, nə də yeyinti faktlarının olmasını etiraf edir. Oxucuların trend-ə çoxsaylı müraciətlərindən də aydın olur ki, "Azercell" şəbəkəsində telefon danışığı zamanı tez-tez əlaqə kəsilir. Bu da abunəçilər arasında ciddi narazılığa səbəb olur.
Hələlik isə bununla bağlı Azercell-dən açıqlama almaq mümkün olmayıb.


İnsanlar şəbəkə ilə yanaşı danışıq tariflərinin də onlara çox zərər verdiyini və öz dilləri ilə desək "sərf etməməsindən" şikayətlənirlər. Bununla yanaşı Bakının bir çox rayonlarında "Azercell" DATA KART-larının da şəbəkəsində yaranan problemlər onları bezdirir. Digər operatorlara nisbətən, "Azercell" DATA KARTları və mobil internet tarifləri, demək olar ki, əsas işi "pul siməkdir". 
Belə ki, digər operatorlara nisbətən, aylıq limitsiz internet paketi daha tez başa çatır və beləliklə vətəndaşlar internetdən istifadə etmək üçün, daha çox vəsait ödəməli olurlar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam