Redaktor seçimi
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
Günün xəbəri

 "Bank BTB"-nin qanunsuz əməlləri ifşa olundu -FOTOFAKT


 "Bank BTB" ulu öndər Heydər Əliyevin imzaladığı qanunları unudub. Belə ki, sözügedən bank mərhum prezidentin 3 oktyabr 1997 -ci ildə imzaladığı "Reklam haqqında Azərbaycan Respublikasının Qanunu"nun bir neçə bəndini pozub.
Yenixeber.org: "Bank BTB" 30 min manatadək istehlak krediti verdiyini bildirir. Krediti sifariş etmək istəyən istehlakçı isə 30 min manat deyil, 20 min manatadək kredit sifariş edə biləcəyini görür. Bu halda bank sözügedən qanunun 10-cu maddəsini heçə sayır. Belə ki, maddədə deyilir:

O reklam bilərəkdən yalan hesab edilir ki, onun köməyi ilə reklam sifarişçisi (reklam istehsalçısı, reklam yayıcısı və ya reklam agentliyi) reklam istehlakçısını qəsdən yanlış istiqamətləndirir.

"Bank BTB"-nin qanunsuz əməlləri ifşa olundu

Həmin qanunvericiliyin 6 -cı maddəsinin 1-ci bəndində deyilir: Bazar subyektlərinin, əmtəənin istehlakçını çaşdıra bilən yanlış müqayisə edilməsi və onun reklam yayımı, əmtəənin alınması, yaxud sövdələşmə zamanı istehlakçının seçmə sərbəstliyinə təsir göstərən qanunsuz reklam üsullarından istifadə olunması kimi istehlakçıları çaşdırmağa yönəldilmiş hərəkətlər yolverilməzdir.

"Bank BTB"-nin qanunsuz əməlləri ifşa olundu

Bankın öz müştərilərini bu kimi cılız yollarla aldatmasının nəticəsi isə həmin qanunun 30-cu maddəsində belə ifadə olunur:

İctimai və dövlət mənafeyinə zərər vuran, gəlir məqsədilə bilərəkdən yalan reklam sifariş edən, istehsal edən və yayan fiziki və vəzifəli şəxslər müvafiq məsuliyyətə cəlb olunurlar.

Qeyd edək ki, qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.(kommersant)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam