Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Vaxtından əvvəl təbliğat aparan deputatlığa namizədlər var - onları bu cəzalar gözləyir

Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərinə 1 ay qalır.

Yenixeber.org: Qanunvericilikdə seçkiqabağı təşviqata səsvermə gününə 23 gün qalmış icazə verilir. Seçkidən bir gün əvvəl və seçki günü isə təbliğat-təşviqat aparılması qadağandır.

Amma qeydə alınmış namizədlər içərisində Seçki Məcəlləsinin tələblərini pozaraq, vaxtından əvvəl təbliğat işlərinə başlayanlar var.

 

Bəs, görəsən, qanunu pozan namizədləri hansı cəza tədbirləri gözləyir? Onların namizədliyi ləğv oluna bilərmi?

 

Məsələ ilə bağlı danışan Demokratik Təşəbbüslər İnstitutunun sədri, Mərkəzi Seçki Komissiyasının keçmiş üzvü Akif Qurbanov cəza tədbirinin qanun pozuntusunun növündən asılı olduğunu qeyd edir:

 

“Təşviqat qaydalarının pozulması hər bir hala uyğun özünəməxsus cəza tədbiri ilə nəticələnə bilər. Namizəd bilmədən hansısa qanun pozuntusuna yol verdikdə Dairə Seçki Komissiyası ona xəbərdarlıq edə bilər. Amma həmin namizəd və ya onun səlahiyyətli nümayəndələri pozuntulara əhəmiyyət vermir, yenidən davam edirsə, DSK onun namizədliyinin ləğvinə belə qərar verə bilər”.

 

Onun sözlərinə görə, qanunu pozan namizədlər cinayət məsuliyyətinə belə cəlb oluna bilər:

 

“Yaxud da onun təşviqatı Konstitusiya və digər qanunvericilikdə, həmçinin Seçki Məcəlləsində göstərilən qanun pozuntularını özündə əhatə edirsə, yəni zorakılığa, hər hansı dini, cinsi, irqi ayrıseçkiliyə yol verirsə, bu cinayət məsuliyyətinə qədər gətirib çıxara bilər”.

 

Qeyd edək ki, fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam