Masallıda sexlərdən xeyli miqdarda meşə materialı tutulub.
Yenixeber.org: Bu barədə Ecofront səhifəsi məlumat paylaşıb:
“Mənbəyə görə 50 kub metr, digərinə görə 27 kub metr. Videogörüntüdə materiallar sexlərdən meşə idarəsinin anbarına daşınır. Əməliyyatı bir mənbəyə görə Baş Prokurorluq, digər mənbəyə görə yerli ekologiya idarəsi keçirib.
Hazırda regional meşə idarəsi tutulan materialın həcmini azaltmaq və qanuniləşdirmək üçün əl ayağa düşüb. Artıq 17 kuba endiriblər.
Azaltmayın, sabah çıxın düzünü deyin”.
Araşdırmalarımız zamanı məlum oldu ki, sözügedən əməliyyat Masallının Xocavar kəndində sexlərin birində keçirilib. Əməliyyata Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq şöbəsi nəzarət edib. Amma buna baxmayaraq Lənkəran Regional Ekologiya İdarəsinin əməkdaşları tutulan materialın həcmini sənəddə azaldıblar…(aztoday)