Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

Sabiq deputatın -“qadın batalyonu” haqda sözləri aranı qatdı

Novella Cəfəroğlundan sərt reaksiya: “Bu, nakişilik, alçaqlıqdır...”

Yenixeber.org: Sabiq deputat Cümşüd Nuriyevin AzTV-nin “Əsas məsələ” verilişində vaxtilə cəbhəyə getmiş qadınları təhqir etməsi ictimaiyyətdə qəzəblə qarşılanıb. Xatırladaq ki, cəbhəyə gedən qadınlar haqqında o, bunları deyib: “Xalq Cəbhəsinin Xanım Xəlilovanın başçılığı ilə yaradılmış bir qadın batalyonu var idi. Ölkədə nə qədər ərindən boşanmış, küçədə qalan qadınlar var idisə, hamısı küçə söyüşləri ilə orada idilər”.

C.Nuriyevin bu sözləri anındaca həm sosial şəbəkələrin, həm də mətbuatın müzakirə obyektinə çevrilib.

Hüquq müdafiəçisi, vaxtilə qadın batalyonunun yaradılmasında iştirak etmiş Novella Cəfəroğlu məsələ ilə bağlı “Yeni Müsavat”a danışdı: “Çox təəccüblənirəm ki, bəzi insanlar istəyir ki, onların ata-anasını, ailəsini söysünlər. Yəni bu söyüş gətürən bir məsələdir.

Qeyd edim ki, qadın batalyonunda professorlardan tutmuş, mühəndislərlə qədər ziyalı xanımlar var idi. Onların arasında bir nəfər də olsun, sadə insan yox idi. Lap sadə insan olsaydı, nə olacaqdı?

Həmin vaxt qadınlar da torpaqları qorumaq üçün döyüşə gedirdilər. Bu gün prezident müharibə çağırışı etsə, əlbəttə ki, qadınlı-kişili hər birimiz döyüşə gedəcəyik. Xatırladım ki, həmin vaxtlar ordu yox idi, hər şey xaos vəziyyətində idi. Müharibəyə atılan qadınlar deyirdi ki, döyüşə bilməsək də gedib qab, paltar yuyarıq, tibb bacısı işləyərik. Həmin batalyondan 6 şəhid qadınımız olub - o cümlədən Qaratelimiz düşmən əlinə keçməsin deyə özünü vurmuşdu. İndi Cümşüd Nuriyev kimdir ki, qadınlarımız haqda danışsın. Bu, nakişilik, alçaqlıqdır. Deputat olmaq üçün bu qədər insanlara qara yaxmaq olmaz. O, deputat olmayacaq. Əgər deputatlığa namizədliyini versə, qadınlarda birləşib, onun bütün qərargahını darmadağın edəcəyik. Onun deputat olmasına imkan verməyəcəyik. Lap ərsiz qadınlar olsun. Onun nə ixtiyarı var ki, qadınları alçaltsın? Ərsiz qadınlar ikiqat əziyyət çəkib, təkbaşına uşaq böyüdür. Onu elə yerindən vuracağıq ki, bütün deputat təbliğatını darmadağın edəcəyik. O, bəyəm qadın gücünü başa düşmür?!"

Tutu Cumayeva: “Döyüşçü qadınlarımızı az təhqir edin”

Qarabağ qazisi, Tutu kimi tanınan Rüxsarə Cumayeva da eks-deputatın ifadələrini qəzəblə qarşıladı: “Mən şəxsən 19 yaşımda döyüşlərə əlil olaraq getmişdim. Batalyonun tərkibində tibb bacısı kimi çalışmışam. Həmin vaxtı nə qədər döyüşçümüzə ilkin tibbi yardım göstərib, həyatlarını xilas etmişəm. Həmin vaxt Çingiz Mustafayev televiziya vasitəsilə bağırırdı ki, kimin gücü nəyə çatırsa, müharibəyə dəstək olsun. Biz də torpaqlarımız üçün könüllü olaraq döyüşlərə qatılmışdıq. İndi Cümşüd Nuriyev kimdir ki, Qarabağda döyüşən qadınlarımızı təhqir etsin? Doğrudur, mən həmin batalyonda olmamışam, amma həmin batalyondan nə qədər qəhrəmancasına döyüşən, şəhid olan xanımlarımız, Qaratelimiz var. Deyir ki, batalyonda ərsiz qadınlar olub. Bu gün nə qədər hüquqşünas, həkim, məmur var ki, boşanıb. İndi boşanmış qadınlar niyə Cümşüd Nuriyevin gözünə girir? O, gəlib baxsın, mən hansı ağır şəraitdə yaşayıram. Amma araşdırsaq, görərik ki, özü necə komfortlu həyat tərzi yaşayır. Onun dediyi təhqirləri mənim qızım, qızımın tələbə yoldaşları oxuyur. Bəs düşünmürmü ki, bu cür ifadələr gənc nəslin beynində hansı fikirlər yarada bilər?”

Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu ile ilgili görsel sonucu

Rey Kərimoğlu: “O, zaman-zaman yanlış, doğru olmayan, qarışıq fikirlər səsləndirib”

Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu da məsələyə biganə qalmayaraq, sabiq deputatın fikirlərini tənqid etdi: “Cümşüd Nuriyev bir də görürsən ki, 5 il yoxa çıxır, sonra yenə peyda olur, qarışıq bir fikir səsləndirir. O, son olaraq qəbuledilməz ifadələr səsləndirib. Yəni Azərbaycanın torpaqları uğrunda döyüşən qeyrətli xanımlarımız haqqında qəbuledilməz sözlər səsləndirib. Həmin xanımlar döyüşlərdə tibb bacısı kimi çalışıb, döyüşüb, min bir əziyyətləri, xidmətləri olub. Doğrudur, orduda bəzi qadınlar da olub. Amma bütövlükdə ordumuzda olan qadınlarımızın hamısını əxlaqsız, ərsiz, küçə qadını kimi təhqir etmək yolverilməzdir. Qadın batalyonunda iştirak edən çoxlu sayda igid xanımlarımız olub. Onlardan Diləfruz Hüseynovanın adını qeyd edə bilərəm. O, Ağdərənin kəndinin azad olunması əməliyyatında iştirak edib, 5 ağır yaralı əsgərə ilkin yardım göstərib, kənddən çıxarıb və yenidən döyüş meydanına qayıdıb. Sonradan özü də yaralanıb. Hələ də güllələr onun bədənində qalıb. Müalicəsi ilə bağlı uzun müddət gedib Almaniyada yaşayıb, lakin bu günə qədər müalicəsi yarımçıq qalıb. Tibb bacılarından Radə Abbasovanın adını qeyd edə bilərəm. O, Ağdam hospitalında xidmət göstərib.

Tutu Cumayeva ile ilgili görsel sonucu

Tutu Cumayeva (Rüxsarə Cumayeva) əvvəl bizim batalyonda oldu, sonradan başqa istiqamətlərdə xidmətlər göstərib. Səbinə Mahmudova, Gültəkin Əsgərova, Qaratel Hacımahmudovanın adını çəkə bilərəm. Adlarını çəkmədiyim digər bu cür ləyaqətli, igid qadınlarımız var. Təəssüflər olsun ki, Cümşüd Nuriyev zaman-zaman Azərbaycan hərb tarixi barədə yanlış, doğru olmayan, qarışıq fikirlər səsləndirib. Bəzən biz ona cavab verməmişik, sadəcə, bildirmişik ki, fikirləri yanlışdır".

Cümsüd Nuriyev: “Sözlərim döyüşən qadınların xətrinə dəyibsə, üzr istəyirəm”

Məsələ ilə bağlı sabiq deputatın mövqeyini öyrənməyə çalışdıq. Cümşüd Nuriyev Qarabağda döyüşən qadınlardan ibarət batalyonun üzvlərini təhqir etməsi ilə bağlı məlumata bu cür aydınlıq gətirdi: “Mənim dediklərim kontekstdən çıxarılıb. Diqqət etsəniz görərsiz ki, mən konkret olaraq parlamentə hücum edən qadın dəstəsindən söz açmışam. Hücum edənlər Xanım Xəlilovanın qadın dəstəsindən olanlar idi. Bunu başqa kontekstə salmaq boş söhbətdir. Mən özüm müharibə veteranıyam. Müharibə veteranı heç vaxt döyüşlərdə iştirak edən qadına, ümumiyyətlə, Azərbaycan qadınına artıq bir söz deməz. Hələ indiyə qədər döyüşlərdə iştirak edən qadınlar barəsində mənim bir dənə də olsun, mənfi fikrim olmayıb. Amma Xanım Xəlilovanın məhz həmin dəstəsindən olan qadınlar bizi təhqir edir, kişi söyüşləri söyürdülər. Söhbət bundan gedir. İndi kimlərsə özlərinə sərf edən kontekstdə çıxardıb. Hələ ağlımı o qədər itirməmişəm ki, səfeh fikirləri gündəmə gətirim”.

Sabiq deputat hüquq müdafiəçisi Novella Cəfəroğlunun ona qarşı səsləndirdiyi sərt fikirlərə də münasibət bildirib: “Bu cür xırda şeyləri böyütməsinlər. Bir daha qeyd edirəm ki, söhbət mayın 15-də parlamentin şüşələrini sındıran, içəri girib deputatları kişi söyüşü ilə söyüb, onların qalstuklarından dartıb, yaxasını cıran bir neçə qadından gedir. Onların arasında bir dənə də olsun, ziyalı yox idi. Özünə hörmət edən qadın heç vaxt kişi söyüşü söyməz. Həmin qadınların ikisi Kənd Təsərrüfatı Nazirliyində mənim işçim olub. Onların əlindən hər kəs dad edirdi. İndi məsələni bu kontekstə çəkmək alınmayacaq. Dünya dağılsa da, mən qazi qadınlar haqqında o cür ifadələr səsləndirmərəm. Azərbaycan qadınına, xüsusən də ziyalılara mənim böyük hörmətim var. Bir daha xatırladıram ki, özüm Qarabağ müharibəsi veteranıyam. Biz çalışırdıq ki, yanımızdakı qadınları, ana-bacılarımızı qoruyaq. Biz onlarla həm qürur duyurduq, həm də daha qeyrətlə vuruşurduq”.

Cümşüd Nuriyev müsahibəsindəki “ərsiz qadınlar” ifadəsinə də aydınlıq gətirib: “Danmıram, ərsiz qadın ifadəsini işlətmişəm. Bunu da ona görə demişdim ki, həmin qadınların yiyələri, ərləri yox idi deyə, onlara ”dur" deyən olmadı. Söhbət yalnız həmin qadınlardan gedir. Ona qalsa, indi Azərbaycanın yarısı boşanıb. Mən o mənada deməmişəm. Əgər ifadələrim döyüşdə iştirak edən qadınların xətrinə dəyibsə, üzr istəyirəm. Təşəkkür edirəm ki, məsələyə izahat vermək üçün mənə imkan verdiniz".

“Yeni Müsavat”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam