Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

“Mənə qarşı vicdansızlıq edirlər...” - QALMAQAL

“Mənə qarşı vicdansızlıq edirlər...”
Sabiq deputat Qalib Salahzadə Bilgəhdə çoxsaylı vətəndaşların torpaqlarını zəbt etməsi barədə iddialara reaksiya verib.

Yenixeber.org:   “Kimsə deyir ki, Bilgəhdə Aslan Salahzadə küçəsi, döngə 21, ev 1-də yerləşən torpağı və mülkü Qalib Salahzadə tərəfindən zəbt olunub. Bir müraciət edin, görün, ümumiyyətlə, belə bir ünvan varmı? Mənə qarşı vicdansızlıq edirlər. Mən hər il Həcc ziyarətində olan adamam. Hər il də Həcc ziyarətinə nə qədər adam yollayıram. Bu zamana qədər 500 adama yardım etmişəm, onlar da Həccə gedib. Görün, indi mənim barəmdə nələr yazırlar?!” Sabiq deputat açıqlamasında belə deyib.

Hətta Qalib Salahzadə həmin şəxslərin mətbuata müraciət etməsinə təəccübləndiyini dilə gətirib: “Kiminsə şikayəti varsa, polisə, prokurorluğa müraciət etməlidir. Vallah, mən bilmirəm ki, niyə mətbuata müraciət edirlər. Ölkədə qanun var, məhkəmələr var. Məgər mətbuat polisdir, məhkəmədir?!”

Yada salaq ki, avqustun 27-də bir qrup şikayətçi Azərbaycan Qadın Hüquqları Müdafiə Cəmiyyətində mətbuat konfransı keçirib. Həmin konfransda cəmiyyətin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib ki, Qalib Salahzadənin Bilgəhdəki qanunsuzluqlarına son qoyulmalıdır: “10-larla vətəndaş cəmiyyətə müraciətlər edərək bildirir ki, Qalib Salahzadə Bilgəhdə onların torpağını zəbt edib. Axı bu adam kimdir? Niyə onun barəsində qanuni tədbir görülmür? Adının qarşısında hacı titulu olan bu şəxs böyük haqsızlıqlar edir, qanunlara məhəl qoymur. Vətəndaşlar məhkəmələrdə qalıb. İş burasındadır ki, məhkəmə qərarları da icra olunmur. Hacı Qaliblə bağlı vətəndaşların əllərində onlarla məhkəmə qərarları var, amma baxan yoxdur”.

Hüquq müdafiəçisi Səidə Qocamanlı da bildirib ki, hüquq-mühafizə orqanlarına baş verən qanunsuzluqla bağlı müraciət olunacaq: “Hacı Qalib vətəndaş Seymur Quliyevin, Nurid Əliyevin, 28 nəfər ”Posat" kooperativi üzvlərinin və onlarla digər şəxsin torpaqlarını zəbt edib, evlərini darmadağın edib. Məhkəmələr bu haqda qərarlar veriblər. Hacı Qalib isə torpaqları zəbt altında saxlamaqdadır. Vətəndaşlar dövlətdən kömək istəyir".

Tədbirdə iştirak edən zərərçəkənlərdən biri Seymur Quliyev Bilgəh qəsəbəsində, Bilgəh sanatoriyası və məşhur “Amburan” istirahət mərkəzinin yaxınlığında yerləşən özəl əmlakının Hacı Qalib Salahzadə tərəfindən darmadağın olunduğunu bildirib. Ümumiyyətlə isə Qalib Salahzadənin Bilgəhdə torpaqları zəbt etməsi ilə bağlı bu gün də məhkəmələrdə müxtəlif vətəndaşların iddiaları var.
(Oxu.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam