Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Gəncə Avtomobil Nəqliyyatı Sərnişindaşıma İdarəsinin rəisi nəqliyyatçıları hökumətin üstünə qaldırır -ARAZ RƏFİBƏYLİDƏN İŞÇİLƏRİNƏ KÜTLƏVİ İSTEFA TƏLƏBİ

İdarə rəisi nəqliyyatçıları hökumətin üstünə qaldırır
Ölkədə siyasi gərginliyin olduğu bir məqamda Gəncə Avtomobil Nəqliyyatı Sərnişindaşıma İdarəsinin rəisi Araz Rəfibəyli bu qurumda çalışan işçiləri hökumətin üstünə qaldırmaq istəyir.

Yenixeber.org: Hər halda saytımıza adıçəkilən idarədə çalışan vətəndaşların verdiyi məlumatda belə deyilir.

Belə ki, saytımızın elektron poçtuna yazan Gəncə Avtomobil Nəqliyyatı Sərnişindaşıma İdarəsinin işçiləri bildirir ki, rəis heç bir səbəb göstərmədən onlara istefa ərizəsi yazmağı tövsiyyə edib.

İdarə işçiləri isə bu təklifin arxasında rəisin başqa niyyət güddüyünü iddia edir. Onların sözlərinə görə, Araz Rəfibəyli tabeçiliyində çalışan şəxslərdən gündəlik qanunsuz pullar tələb edir. Bu isə sürücülərlə nəqliyatçılar arasında dəfələlərlə dava-dalaşa səbəb olub.

Bundan başqa taksi sürücülərinə saxta nişanlar da verilir ki, hər kəsindən bundan xəbəri var.

Araz Rəfibəyli haqqında daha bir iddiada isə onun işçiləri arasında ziddiyət salmasıdır. Belə ki, idarədə çalışan Vüsalə adlı baş mühasib qurumun hüquqşünasını hamının gözü qarşısında təhqir edib. Hətta masanın üzərindəki qrafini belə ona tullayıb. Ancaq Vüsalə rəisin yaxın adamı olduğundan onun bu əməli cəzasız qalıb.

İdarədə bu qanunsuzluqlarla yanaşı həm də ciddi korrupsiya halları da mövcuddur: “2017-2018-ci ildə mart və dekabr ayları üçün yazılan verilən pul mükafatları da başqa kartlara köçürülərək mənimsənilib

Saytımız vasitəsi ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramova və aidiyyatı orqanlara müraciət edən nəqliyyatçılar Araz Rəfibəylinin bu özbaşınalığının dayandırılmasını tələb edir.

Mövzu ilə bağlı Araz Rəfibəylinin mövqeyini öyrənməyə çalışsaq da buna nail ola bilmədik.(gununsesi.org)

Mövzuya qayıdacağıq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam