Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

Prezidentin ayırdığı pullar Ağsuda belə mənimsənilir-FOTOLAR

 

 

.
Yenixeber.org: Saytımız bu il fevral ayınıın 5-də Ağsu və qonşu rayonlarda baş vermiş zəlzələ nəticəsində evi qəzalı vəziyyətə düşmüş vətəndaşlardan Ağsu rayonunun Nuran kənd sakini Bədəlova Mirvari Şərafət qızının şikayətini "Zəlzələdən ziyan çəkənlər arasında ayrı-seçkilik edilir - fotolar" adlı birinci və "Ağsu rayonunda zəlzələdən əziyyət çəkənlərə ayrılmış pullar necə mənimsənilir?" sərlövhəli ikinci məqalə ilə ictimailəşdirəndən və aidiyyati orqanlara məktubla müraciət etməyimizə baxmayaraq Bədəlovların həyatı ölüm təhlükəsi altında qalmaqda davam edir.
Belə ki, biz məktub göndərdiyimiz 22 avqust tarixindən iki aya yaxın vaxt keçəndən sonra redaksiyamıza Nazirliyin Fövqəladə halların xəbərdarlıq edilməsi və daxili təhlükəsizlik Baş İdarəsinin rəis müavininin imzası ilə oktyabrın 2-də göndərilən cavab məktubu ayın 12-də ünvana yetişib.  Məktubda bildirilib ki, Nazirliyin mütəxəssisləri tərəfindən yerli icra hakimiyyəti orqanlarının təqdim etdiyi siyahılar əsasında zəlzələ nəticəsində ziyan dəmiş evlərin texniki vəziyyəti  araşdırılmış və müvafiq aktlar tərtib edilmişdir: "Tərtib edilmiş akta əsasən qeyd edilən Ağsu rayonu Nuran kənd sakini Bədəlova Mirvari Şərafət qızına məxsus fərdi yaşayış evi bərpası ehtiacı olan evlər siyahısına daxil edilmiş və hal-hazırda həmin evin bərpası həyata keçirilir".
Məsələ burasındadır ki, "bərpa" adı altında görülən "iş" kosmetik təmirdən, uçuq-sökük yerlərin üstünü örtməkdən və bu məqsədlə dövlətdən ayrılan pulu "təyinatı üzrə və səmərəli" xərcləməkdən ibarətdir. O da aşkardır ki,Ağsu rayon Nuran kəndinə podratçı şirkət ustalıq səviyyəsi olmayan, qeyri-peşəkar, ucuz işçi qüvvəsi cəlb etmişdir.Bunu redaksiyamıza müraciət edən Ağsu rayon Nuran kənd sakini Bədəlova Mirvari Şərafət qızı bildirir.Şikayətçinin sözlərinə görə onun evinin bərpası mümkün deyil.Ev demək olar ki istismara tam yararsızdır,evin divarları  bir-birindən tamamilə aralanıb.Hər hansı yüngül yeraltı təkan baş verəcəyi təqdirdə, içərisində yaşayış olan evin sakinləri ölüm təhlükəsi ilə üz-üzə qala bilər.Belə olacağı təqdirdə bu insanların talehinə cavabdehliyi görəsən hansı qurum daşıyır?Nuran kəndində evlərin bərpası ilə məşğul olan işçilərlə əmək müqaviləsi bağlanmır, əməyin təhlükəsizliyi təmin olunmur, bir sözlə, əmək və vergi qanunvericiliyinin tələbləri kobud surətdə pozulur.İndiyə qədər ictimaiyyətə hər hansı yekun, təfsilatlı hesabat təqdim edilmədiyi kimi zəlzələ bölgəsində görülən işlər, mövcud problemlər, hökümətin bu istiqamətdə qəbul etdiyi qərarlar barədə ictimai məlumatlandırma da çox zəifdir. Eyni zamanda bölgədə tikilən yeni evlərin inşası üçün çəkilən xərclər, bir evin tikilməsi üçün ayrılan vəsait, podratçı təşkilatlar, tikintiyə sərf olunan materiallar, onların qiyməti, alınma mənbəyi, işə qəbul edilən işçilər, işçilərə verilən əmək haqları və s. barədə hələ ki, lazımi rəsmi məlumata  heç bir yerdə rast gəlinmir. Yəqin, yerli icra hakimiyyətinin mənsubları, rayon fövqəladə hallar komissiyasının üzvləri, işləri həyata keçirməklə vəzifələndirilmiş icraçı şirkətin rəhbərliyi hesab edirlər ki, sözügedən kənd mərkəzi yoldan 6-7 kilometr aralı olduğundan, Prezidentin yolu ora düşməyəcək. O üzdən arxayınlıqla həmin nahiyədə "bərpa-təmir işləri" adı altında külli miqdarda yeyintiyə rəvac veriblər.  
Belə düşünən vəzifəli şəxslər bilməlidirlər ki, Azərbaycanın dövlətimizin başçısı cənab İlham Əliyevin gözündən uzaq hansısa bir ucqar kəndi ola bilər, amma könlündən uzaq bir qarışı da yoxdur.
 Mövzuya qayıdacağıq.(mediatv.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam