Redaktor seçimi
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
Günün xəbəri

Yaşıllığı məhv edən tikinti şirkəti kimindir və ya Təbii Sərvətlər Nazirliyi hara baxır?-De-fakto

 

       
Yaşıllığı məhv edən tikinti şirkəti kimindir və ya Təbii Sərvətlər Nazirliyi hara baxır?
Yenixeber.org: Ölkədə tikinti şirkətləri ağacların qəniminə çevirlib. Tikdikləri ərazidə yeri gəldi-gəlmədi, qanuni oldu-olmadı kütləvi şəkildə ağacları qırırlar. Hətta tikintini hər zaman kütləvi ağaclıq olan ərazidə tikməyi planlaşdırırlar. Bu isə vətəndaşların haqlı narazılığına səbəb olur, vətəndaşlar və həmin şirkətlər arasında ciddi qarşıdurmalara gətirib çıxarır. Hadisə ictimailəşir, məhkəməyə qədər gedib çıxır,amma şirkətlər öz qanunsuz, özbaşına hərəkətlərdən əl çəkmirlər. Buna səbəb isə qanunsuzluq, özbaşınalıq edən tikinti şirkətlərinin böyük əksəriyyətinin nazirlərə, oliqrxlara və başqa yüksək vəzifə tutan məmurlara aid olmasıdır.

Bir müddət əvvəl Nərimanov Rayonu, Mayakovski küçəsində ( Montin Bazarının yanı) bəlli olmayan bir şirkətin gecələr heç nəyə məhəl qoymadan söküntü aparması və səhərə qədər əhalinin rahatlığını pozması ilə bağlı videoreportaj hazırlamışdıq. Qeyd etmişdik ki, şirkət burada söküntü ərazisinə aid olmayan çoxillik ağacları da hasara alıb. Bildirmişdik ki, hasara alınmış çoxillik ağacların kəsilməsi də gözləniləndir. Qarşısının alınması üçün aidiyyatı qurumlara bir növ xəbərdarlıq etmişdik. Artıq həmin ağaclardan əsər-əlamət yoxdur. Çoxillik şam ağacları kütləvi şəkildə yox edilib.Bunu aşağıdakı şəkillər də təsdiq edir.


Maraqlısı odur ki, hansısa kasıbın həyətində kəsdiyi ağaca reaksiya verərək insanları cərimələyən qurumların ağacların kəsilməsindən xəbərləri yoxdur və ya xəbərləri var,amma göz yumurlar. Görəsən bu tikinti şirkəti kimə, hansı mötəbər şəxsə məxsusdur ki, söküntü və tikinti apararkən istənilən qanunsuzluğu edir?
Reportajımızda qeyd etmişdik ki, söküntü aparılan ərazidə şirkətə aid heç bir tablo vurulmayıb. Bundan sonra göydələn tikən şirkət ətrafa tablo vursa da şirkət haqqında məlumat yoxdur.







Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam