Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Kərəm Həsənovdan Mehriban Əliyevaya şikayət olundu -Video

 

 
 



Əmlak Məsələləri üzrə Dövlət Komitəsində vətəndaşların süründürməçiliyə məruz qalması adi haldır.
Komitə və onun tabeliyindəki reyestr xidmətləri tərəfindən rüşvətsiz iş görülmür. İnsanlar incidilir, çıxarış ala bilmir, müxtəlif bəhanələr göstərilir, get-gələ salınır.
 Yenixeber.org: Məlumata görə, belə hallardan biri ilə Rəhimova Həqiqət Abdul qızı üzləşib. O, video müraciətində bildirir ki, Əmlak Komitəsi tərəfindən süründürülür.
“Bu işin başında konkret olaraq, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinin rəis müavini Zəfər Abdulov dayanır.
Mən ondan çıxarış ala bilmirəm. Əlimdə sənədlər, vərəsəlik haqda məhkəmə qətnaməsi, 2008-ci ilin arxiv sənədi var.
Amma Zəfər müəllim qanunlara zidd gedərək, heç bir əsas göstərmədən mənə aid 57 sot torpağın “kupça”sını vermir”.
H.Rəhimova qeyd edib ki, onun 70 yaşı var, ağbirçək qadını məmurlar süründürməçiliyə salıblar: “Mən Kərəm Həsənovun qəbulunda oldum. Dedi ki, məsələ həll olunacaq,  şöbə müdirinə də araşdırmağı tapşırdı.
O gündən bu yana get-gələ salıblar, 4 ailə üzvünə aid çıxarış yazıblar, amma mənə çıxarış verilmir. Qəbul şöbəsinin müdiri Yusif Qəmbərov imkan vermir ki, təzədən Kərəm Həsənovun qəbuluna düşüm.
Heç bir səbəb göstərə bilmirlər ki, niyə çıxarış verməkdən imtina ediblər. Zfəfər Abdulova bildirirəm ki, imtina barədə mənə qərarı verin, məhkəməyə üz tutum. Ancaq deyir ki, məhkəməyə də getsəniz, bata bilməzsiniz. Çünki məhkəməyə müdaxilə edə bilir”.
Vətəndaş torpağının Bilgəh ərazisində olduğu qeyd edib. Onun sözlərinə görə, yalnız prezidentə və I vitse-prezidentə güvənir: “Mən yaşlı adamam, o gücüm yoxdur ki, qapı-qapı düşüm, kiməsə yalvarım.
Kərəm Həsənovun qəbulunda olsam da, Zəfər Abdulov bunu nəzərə almır, onun tapşırığına əməl etmir. Ona görə də prezident İlham Əliyevdən, xanımı Mehriban Əliyevadan xahiş edirəm ki, mənə köməklik olunsun, bu işin araşdırılması barədə komitə rəhbərliyinə tapşırıq verilsin”.
Qeyd edək ki, bu sahədə Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsinin rəisi Şəmsi Şahvələdov, Bakı Ərazi Şöbəsinin rəis müavini Zəfər Abdulov, ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Hikmət Mustafayev bir zəncirvari şəbəkə qurublar.
Bu labirintə minlərlə vətəndaş düşüb, süründürməçiliyə məruz qalıb. Məsələn, bir müddət əvvəl Bakı sakini Solmaz Abbasova da adıçəkilən məmurlardan şikayət etmişdi. Jurnalist Hacı Əhmədov da Z.Abdulovun məsuliyyətə cəlb olunması barədə prezidentə məktub yazmışdı.
Mətbuatda gedən iddialara görə, Bakı Ərazi İdarəsində idarənin rəisi Şəmsi Şahvələdovdan, onun müavinləri Zəfər Abdulovdan, K.Həsənovun bacanağı Elçin Əliyevdən, əmisi oğlu Məmməd Həsənovdan və Hüquq şöbəsinin müdiri Aytən Məmmədovadan başqa heç bir əməkdaşın dəllalla məbləğ razılaşdırmaq səlahiyyəti yoxdur. K.Həsənovun kadrları sayılan digər əməkdaşlar bu cənablar tərəfindən qəbul olunmur.(anaxeber.info)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam