Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

KƏRƏM HƏSƏNOV CİNAYƏT İTTİHAMINA NİYƏ SUSUR?

 

“Məqsəd insanları məhkəmələrdə süründürəcəyi ilə hədələməklə, rüşvət almaqdır”

“Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin verdiyi reyestrdən Çıxarış mülkiyyət hüququnu təsdiq edən yeganə sənəddir. Bu sənəd bütün dövlət qurumları tərəfindən, o cümlədən rayon icra hakimiyyətləri tərəfindən tanınmalıdır. Heç bir rayon icra hakimiyyətinin başçısı bu sənədi şübhə altına ala və onun qanuni olub olmaması barədə fikir yürüdə bilməz.”

"Xeberinfo.com":   Məlumata görə, bunları tanınmış vəkil Aslan İsmayılov özünün rəsmi Feysbuk səhifəsində yazaraq əlavə edir ki, Sabunçu Rayon İcra hakimiyyətinin başçısı Adil Vəliyev 200-dən artıq Dövlət Reyestr Xidmətinin verdiyi Çıxarışı, bəlli olmayan səbəblərdən, şübhə altına alıb və hansısa əsaslarla onların yoxlanılması üçün məhkəmələrə müraciət edib.
“Məqsəd insanları məhkəmələrdə süründürəcəyi ilə hədələməklə, rüşvət almaqdır. Şəxsən mənimlə söhbətdə Adil Vəliyev Dövlət Reyestr Xidmətinin rüşvət əsasında Çıxarış verdiyini dedi və mən də bunu ictimaiyyətə elan etdim. Eyni söz çoxsaylı rayon sakinlərinə də deyilib.”

“Ağır cinayətdə ittiham olunan Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov niyə susur? Bəlkə Adil Vəliyev düzdür?”, deyə vəkil sonda yazır.

AzPolitika.info


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam