Redaktor seçimi
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Günün xəbəri

“Ovçular ət və ət məhsulları” MMC haramçılıqla məşğuldur –kolbasaların tərkibinə karton kağız qatır

 

Müqəddəs Ramazan ayının fəzilətli günlərini yaşayırıq. İftar süfrəsində məhz halal yolla qazanılmış və həm də tərkibi halal olan qida məhsullarının istifadəsi vacib şərtdir. “Halal” adı ilə təqdim olunan kolbasa və sosislərin istifadəsi isə işkallıdır.

Yenixeber.org: Azərbaycanda istehsal olunan əksər kolbasaların tərkibinə karton kağızı qatılması, bəzən zibilxanalarda karton yığanların kolbasa sexlərini təchiz etməsi, hətta İrandan məxsusi olaraq bu məqsədlə Azərbaycana karton daşınması, bu səbəbdən də Bakıda hazırlanan kolbasaların dadının tam fərqli olması barədə indiyədək az deyilməyib, az yazılmayıb. Bu günlərdə realmedia.az-ın redaksiyasına daxil olan məlumatda və ona əlavə edilmiş foto-materiallarda marketlərdən toplanmış karton kağızı yüklü maşının “Ovçular ət və ət məhsulları” MMC-nin istehsal sahəsinə daxil olduğu bəlirlənir. Xatırladaq ki, bir müddət əvvəl “halal” sözü yazılmış “Ovçular” kolbasasından donuz piyi çıxması, çox keçmədən, Bakıdakı mağazaların birində “Ovçular ət və ət məhsulları” şirkətinə aid iylənmiş, üfunət qoxulu kiflənmiş kolbasanın aşkarlanması, daha sonra Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi aparılan yoxlama zamanı müəssisə tərəfindən istehsal olunan “Krakovskaya” yarımhisə verilmiş kolbasanın markalanmasının normativ sənədlərin tələblərinə cavab vermədiyinin müəyyən edilməsi barədə xəbərlər yayılmışdı. Ən nəhayət, “Ovçular” saxlama müddəti ötmüş Almaniya istehsalı olan “Sorbat R” adlı qılaftəmizləyicidən istifadə etməkdə ittiham olunmuşdu.

Məsələ ilə əlaqədar “Ovçular” MMC-nin rəhbəri Səməd Cəfərovun mövqeyini öyrənməyə çalışacağıq. Hesab edirik ki, məsələnin Qida Təhlükəsizliyi Agentliyi və SMPD Komitəsi tərəfindən araşdırılması zəruridir.

P.S. Şəkildə gördüyünüz “Ovçular ət və ət məhsulları”MMC-nin ərazisidir. Hansı ki, həmin ərazidə kolbasa istehsalı olunan sex fəaliyyət göstərir. Həmin “jiquli” markalı avtomobilin içərisində kartonla doludur. Və həmin kartonlar isə kolbasaların tərkibinə vurulur.(realmedia.az)

Səbinə

   

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam