Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

"Halal" donuz əti, yaxud “Halal Dad” MMC vətəndaşları necə aldadır?

 

"Halal" donuz əti, yaxud “Halal Dad” MMC vətəndaşları necə aldadır

 

Azərbaycanda kolbasa və sosis çoх istehlak olunan məhsullardandır. Xüsusilə də ayaqüstü qəlyanaltı kimi bu ət məmulatları hər birimizin dadına çatır. Yaxşı, bəs mədəmizə ötürdüyümüz kolbasa və sosislər nə dərəcədə keyfiyyətlidir?

Yenixeber.org: Nəzərə alsaq ki, yerli istehsal son illər bazarın 80 faizini ələ alıb narahatçılıqlar bir az da artır. Çunki yeni bazar həmişə hərcmərcliyə yol açır. Bu yöndə faktlar, şikayətlər də az deyil. Belə ki, bütün dünyada olduğu kimi Azərbaycanda kolbasa istehsalında mənşəyi bəlli olmayan, xəstə heyvan ətlərindən, bir sıra hallarda hətta ət əvəzinə heyvanların süd vəzi, yeli, dili, başı, hətta karton, kartof qabığından istifadə edilir. İstehsal prosesi antisanitariya şəraitində, xammal laborator yoxlama aparılmadan həyata keçirilir. Analoji şəraitdə isə heyvanların elektrik cərəyanı ilə öldürülməyib əllə üzü qibləyə və Allahın adi ilə "Bismillah" deyilərək kəsilməsi belə məhsulun halallığına təminat vermir. Bu barədə bir qədər sonra.

Image result for “Halal Dad” MMC

Rəsmi mənbələrə görə, Azərbaycanda bir ildə adambaşına 0,6 kq suda bişmiş kolbasa, 0,9 kq sosiska və sardelka yeyilir. Normalda kolbasanın 45 faizini yağlar, 12 faizini isə zülal təşkil edir. Alimlərin hesablamalarına görə, bu qida məhsulu ilə orqanizmə il ərzində 10 kq yağ daxil olur.
Kolbasanın icad tarixinə nəzər salsaq, görərik ki, bu məhsul həmişə qatqısız-filansız ətdən hazırlanıb. Xırda-xırda doğranmış ət tikələri təmizlənmiş heyvan bağırsaqlarına doldurulurmuş, daha sonra isə ədvalar və duz əlavə olunaraq, ucları bağlanıb, qurutmaq (qaxac halına salmaq) üçün kölgədə asılıb.

Bir çox hallarda isə tüstünün üzərindən asılırmış. Tüstü milçək və digər həşəratları qaçırırmış. Belə üsulla hazırlanan kolbasa dadlı və ləzzətli olmaqla bərabər, həm də gigiyenik baxımdan istifadə üçün daha təhlükəsiz imiş. Yeri gəlmişkən, kolbasa hazırlamaq üçün qoyun, mal və donuz ətindən başqa, delfin ətindən də istifadə edilirmiş. Heyvan içalatından da kolbasa (tulturma) düzəldilib. Əsasən türk xalqlarına məxsus olan bu reseptə görə, heyvanın ürəyi, qara ciyəri, piyi və içalatı xırda-xırda doğranıb, un və ya yarma əlavə edilərək bişirilirmiş.



Hazırda kolbasaların hazırlanma resepti müxtəlifdir. Lakin o zamanla müqayisədə onları tam ət məhsulu hesab etmək olmaz. Çünki kolbasanın tərkibinə ətlə bərabər donuz piyi, nişasta, natrium nitrit, kompleks qarışıq ətriyyatlar, boya, müxtəlif ədviyyatlar vurulur. Düzdür, müvafiq qurumların açıqlamalarına əsasən həmin qida və əlavələr Azərbaycana Avropa ölkələrindən gətirilir. Və bunların da müvafiq sənədləri olur. Lakin ətin baha, kolbasanın qat-qat ucuz olduğu ölkədə qatqıların xaricdən alınması bir qədər pafoslu görünür. 

Bir çox şirkətlərin HALAL adı ilə vətəndaşlara sırıdıqları məhsulun içində  təmiz , qatqısız ətdən əsar-əlamət olmur.

Məsələn , “Halad dad” MMC-nin məhsulları aşağı keyfiyyətlidir.  Adındakı halal sözündən əsar-əlamət yoxdur.  Əvvala halal donuz əti olmur. Laboratoriyaya verilsə bu məhsullarda  donuz piyinin istifadəsi təsdiqlənəcək.

Bu şirkətin məhsullarının halal olmaması dəfələrlə sübut olunub və şirkət müxtəlib illərdə İqtisadiyyat Nazirliyi tərəfindən cərimə edilib.

Məhsullarının bəzilərinin camış ətindən olmasını məhsulun üzərində qeyd etməməsi də şirkətə baha başa gəlmişdi.

“Halal Dad” MMC barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması  yenə davam edir. Məhsullarının hala olmasına dair heç bir sertifikatları olmasa da istehlakçıları aldadırlar.

Yaqinki yeni yaradılan Qida Təhlükəsizliyi Agentliyi bu fakta diqqət yetirəcək.(milletinsesi.info)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam