Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

İMİŞLİDƏ KAZİNO TİKDİRƏN KİMDİR?

 

image here
Rusiyanın Pyatiqorski və Yessentuki şəhərlərində biznes kralı kimi tanınan Qarik Sarkisyanın adamları İmişlidə kazino tikdirirsə... 

Yenixeber.org: ...Sovet İttifaqı dağıldıqdan sonra Bakıda olduğu kimi, respublikamızın ayrı-ayrı regionlarında da özəl sahə inkişafa başladı. Əsas etibarı ilə Ümummilli lider Heydər Əliyevin hakimiyyəti illərində böyük neft korporasiyaları Respublikamıza investisiya yatırdı və neft sektoru ilə yanaşı, qeyri- neft sektorunda da böyük nailiyyətlər intibaha səbəb oldu. 

Cənab prezident İlham Əliyevin ilk prezidentlik fəaliyyətindən başlayaraq özəl sektorun gücü respublikamızda daha da artmağa başlayaraq ayrı-ayrı bölgələrdə konserv, ət və süd məhsulları istehsal edən sahələr, ərzaq və un məmulatları, beton və dəmir istehsalı sahələri, eləcə də kənd təsərrüfatı sahələri əsaslı inkişafa başladı.

Lakin əfsuslar olsun ki, torpaqlarımızın 20 faizindən çoxunu işğal edən bədnam qonşularımızla iş birliyi yaradan və Rusiyada şərikli biznesi olan şəxslər onların investisiyalarını öz adları ilə ölkəmizə gətirir və hansısa vacib sahənin inkişafı üçün deyil, daha tez qazanc verən şadlıq evləri, restoranlar və qumarxanaların açılmasına yatırırlar. Ölkə mətbuatında belə hallar barədə məlumatlar da sərgilənməkdədir. 

***

İmişli şəhərində keçmiş “avtobaza” deyilən ərazidə “Nərgizim” adlı şadlıq, restoran, sauna və istirahət mərkəzindən ibarət böyük bir tikili inşa edilərək istifadəyə verilmişdir. Rayon sakinlərindən və burada çalışanlardan əldə etdiyimiz məlumata görə, həmin tikilinin əsl sahibi isə Rusiyanın Pyatiqorski və Yessentuki şəhərlərində biznes kralı kimi tanınan Qarik Sarkisyandır. 

Bəs Qarik Sarkisyanı İmişliyə bağlayan və əlaqələndirən kimdir? İmişli rayonunun Qaralar kəndində vaxtı ilə yaşamış Fəxrəddin adlı şəxs Pyataqorski şəhərinin biznes kralı Qarikin bacısı ilə evlidir. Həmin evlilik izdivacından bir qız və bir oğlan uşaqları doğulmuşdur. Eyni zamanda, Fəxrəddinin bacısı uşaqları Nemət və Tahir də Sarkisyanın biznesini Rusiyada idarə edən şəxslərdəndirlər. İmişlidə “Nərgizim” universal xidmət mərkəzinin tikilmə və istifadəyə verilmə xərclərini də Qarik Sarkisyan çəkmişdir. 

Bundan başqa, Qarikin Yessentukidəki biznesində icraçılıq edən şəxslərdən biri də “Arus” ləqəbli Mayis Hüseynovdur. Bunu da qeyd etmək yerinə düşər ki, “Nərgizim”dən gələn qazancda Tahir, Nemət və Qariklə birlikdə, Mayis Hüseynovun da pay bölgüsündə hesabı vardır. “Nərgizim”in aylıq dövriyyəsi ən azı 500 min manatdan çoxdur, işçilərinin isə sayı 70 nəfərdən artıqdır. Lakin araşdırmamızla müəyyən edildi ki, rəsmiyyətdə isə işçilərin böyük hissəsi ilə əmək müqaviləsi yoxdur, vergidən və DSMF-dən yayınmalara yol verilir. 

Beləliklə, erməni biznesmenin investisiyasının Azərbaycana yatırılmasını və Azərbaycanlıların onunla şərikli biznes qurmaları və biznes obyektinin məhz İmişlidə seçilməsi maraq doğurmaya bilməz. Bunlardan aidiyyəti dövlət orqanlarının, DTX-nın rayon şöbəsinin xəbəri yoxdurmu? Bəs məmur təbəqəsindən onları kimlər müdafiə edir? 

Mayıs Hüseynovun kazino arzusu...
İMİŞLİDƏ KAZİNO TİKDİRƏN KİMDİR?
Yuxarıda qeyd etdiyimiz kimi, Qarikin yaxınlarından biri və biznes ortağı Mayis Hüseynovdur. Belə ki, İmişli rayonunun Cavadxanlı kəndi ərazisində, Araz çayının kənarında (İmişli- Saatlı magistral yolunun həmin kənd ərazisi istiqamətində) keçmiş “Neftbaza”nın yardımçı təsərrüfatı üçün ayrılan ərazidə beynəlxalq səviyyədə qumar oyunlarının təşkili məqsədi ilə “kazino” tikilməsinə start verilmişdir. Belə ki, ərazidə 4 hektarlıq təbii nohur və göl çirkləndirilərək təbiətin flora və faunasını pozmağa səbəb olan inzibati xəta törədilmişdir. Bundan başqa, burada kazino tikilməsi məqsədi ilə sənədləşdirilmiş 25 hektarlıq torpaq sahəsində çoxsaylı ağac və kollar kəsilərək məhv edilmişdir (fotolar təqdim edilir). Kənd camaatı bununla bağlı sərt etiraz etsə də Mayis Hüseynov və onu müdafiə edən rütbəli məmurlar işlərini davam etdirməkdədirlər. Bununla bağlı İmişli rayon İcra Hakimiyyətinin ərazi idarəetmə şöbəsinin müdiri Mirzə Quliyev və İmişli rayon İcra Hakimiyyətinin Qaralar və Cavadxanlı kəndləri üzrə ərazi icra nümayəndəsi Ehtiram Qasımov məsələdən məlumatlı olsalar da tədbir görməkdə aciz olduqlarını bildirmişlər. Qaralar bələdiyyəsinin sədri Şıxəli Vəliyev isə bələdiyyənin Mayıs Hüseynovla heç bir alqı-satqı müqaviləsinin olmadığını bildirib. Deməli, tikinti aparılan ərazinin zəbt edilməsi qanunsuzdur.
İMİŞLİDƏ KAZİNO TİKDİRƏN KİMDİR?
Azərbaycan rəhbərliyi ölkədə “kazino” və qumar oyunlarının qadağan olunması istiqamətində hələ 15 il bundan öncə konkret addımlar atsa da qanunsuz hərəkət sahibləri əməllərini davam etdirməkdədirlər. Hesab edirik ki, qısa müddət ərzində qanunsuz hərəkətlərlə məşğul olan və Qarik Sarkisyanın biznes ortaqlarına çevrilmişlərin fəaliyyəti araşdırılmalı və onlara qarşı ciddi tədbirlər görülməlidir.

MURAD

Redaksiyadan:məsələyə aydınlıq gətirilməsi üçün İmişli rayon İcra Hakimiyyətinin ərazi idarəetmə şöbəsinin müdiri Mirzə Quliyevin 021-246-60-41 iş və ....44 saylı mobil telefonuna zəng etdik. O, deyilən ittihamı rədd etdi... Eləcə də İmişli rayon İcra Hakimiyyətinin Qaralar və Cavadxanlı kəndləri üzrə ərazi icra nümayəndəsi Ehtiram Qasımovun bizə təqdim edilən ....71 saylı mobil telefonuna da zəng vurduq. O da deyiləni təkzib etdi. Sonra şikayətçilər hacı Qalib, hacı İlqar və digər ağsaqqallarla əlaqə saxladıq. Onlar isə Ehtiram Qasımovun və Mirzə Quliyevin doğru danışmadığını bildirdilər və əməkdaşımızı rayona dəvət etdilər. Ətraflı yazı təqdim ediləcək.(tezadlar)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam