Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Diaspora Komitəsi AXC ilə bağlı kitablara pul ayırmaqdan imtina etdi –FOTO

 

 

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi Azərbaycan Xalq Cümhuriyyəti (AXC) ilə bağlı kitabların nəşrinə pul ayırmaqdan imtina edib.

Yenixeber.org: AXC ilə bağlı Ədalət Tahirzadənin və Dilqəm Əhmədin üç dildə çap edilən “Azərbaycan Respublikası (1918-1920)“ kitabının yenidən nəşr edilməsinə maliyyə ayrılması xahişi ilə tanınmış naşir, “Qanun” nəşriyyat evinin sahibi Şahbaz Xuduoğlu komitəyə müraciət edib:

“ADR-in 100 illiyi ilə bağlı Ədalət Tahirzadənin və Dilqəm Əhmədin yazdıqları “Azərbaycan Respublikası (1918-1920)“ kitabı üç dildə nəşr etdik. Sonra onların hərəsindən bir ədəd zərfə qoyub Diasporla iş üzrə Dövlət Komitəsinə göndərdim. Məktubda yazdım ki, xaricə gedəndə, qonaqlarınız gələndə onlara hədiyyə edin, qoy dövlətimizin tarixi haqqında yaxşı məlumatları olsun. Doğrusu, məktubuma cavab gəlməyəcək deyə düşünmüşdüm. Amma gəldi, proqnozum özünü doğrultmadı. Cavab Məktubunda yazılıb ki, kitab almaq üçün büdcə nəzərdə tutulmayıb”.

Ş.Xuduoğlu qeyd edib ki, bundan əvvəlki komitə sədri Nazim İbrahimova da buna oxşar bir müraciəti olub: “Eşitdiyimə gözə öncəki nazirin (komitə sədri nəzərdə tutulur- red) arxa otağından Min-Bir Gecə nağıllarına bənzər bir mühit aşkar olubmuş. Bunu yeni naziri təqdim edən yüksək dövlət məmuru da görübmüş. Nazim İbrahimova bir vaxt məktub göndərmişdim, Məhəmməd Əmin Rəsulzadənin kitabı ilə bağlı… Onda da büdcələrində kitaba pul yox idi. “Kitaba büdcədə yer yox” deyib dövlətin büdcəsini arxa otaqlarına, bağlarına, maşınlarına, şəxsi mənfəətlərinə, xaricdə yaşayanlar arasında nifaqa xərcləyənlər…”.(AzEuroNews.com)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam