Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Oğlu adam öldürən və qanı batırmaq istəyən toyxana sahibi axır ki, danışdı...-52.500 manata nə hüquqi yardım?

 

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və rüşvət almada ittiham olunan Elnur Babayevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Yenixeber.org:Prosesdə zərərçəkmiş qismində iş adamı Akif Rəhimov dindirilib. Elan olunub ki, A.Rəhimov bundan əvvəlki məhkəmə iclaslarına gəlmədiyinə görə barəsində məcburi gətirilmə qərarı çıxarılıb.

Xatırladaq ki, Bakıdakı “Yeganə” şadlıq sarayı da daxil olmaqla bir sıra obyektlərin sahibi olan Rəhimovun oğlu maşınla qadını vurub öldürüb. Atası isə oğlunu məsuliyyətdən azad etmək üçün Babayevlə anlaşıb. Lakin daha sonra hadisə ictimailəşdiyi və rezonans doğurduğu üçün plan baş tutmayıb.

İş adamı məhkəməyə verdiyi ifadəsində bildirib ki, təqsirləndirilən E.Babayevə 52 min 500 manat pulu hüquqi yardım üçün verib. O, həmin pulun əvəzində oğlu Rəhim Rəhimovun törətdiyi və ölümlə nəticələnən qəza ilə bağlı saxta rəy əldə edəcəyi barədə ittihamını qəbul etməyib.

Təqsirləndirilən E.Babayev də A.Rəhimovun dediklərini təsdiq edib.

Məhkəmə prosesi mayın 1-də davam edəcək.

İstintaq materiallarına görə, Elnur Babayev iş adamı Akif Rəhimovdan 52 min 500 manat pul alaraq əvəzində onun oğlu Rəhim Rəhimovun törətdiyi cinayəti ört-basdır edəcəyini vəd edib. Belə ki, iş adamı qəza zamanı oğlunun maşınla vurub öldürdüyü şəhid qızının “sərxoş olması” barədə  ekspertiza rəyi almaq üçün Babayevlə anlaşıb.

Həmçinin Babayev  müstəntiq Vüqar Abbasovun köməyi  işi Akif Rəhimovun oğlunun xeyrinə həll edəcəyinə onu inandırıb. Sövdələşmənin şərtlərinə əsasən həmin 52.500 manatın  10 min manatı qadının “sərxoş olması” haqda ekspertiza rəyinin əldə olunmasına, qalan 42 min 500 manat isə həm onların xeyrinə danışacaq şahidlərin tapılmasına, həm də qəzanın Rəhimin deyil, onların ailə sürücüsünün adına rəsmiləşdirilməsinə sərf ediləcəkdi.

Amma  E.Babayev vədlərinə əməl edə bilməyib.  Belə ki, qəza hadisəsi ictimailəşdirildikdən sonra Səbail Rayon Polis İdarəsinin müstəntiqi Vüqar Abbasov (E.Babayev müstəntiq V.Abbasovun “işçisi”, yaxud əlaltısı olub-red.) vəzifə borcunu yerinə yetirərkən ciddi nöqsanlara yol verdiyinə görə işdən çıxarılıb.

Məlumata görə E.Babayev A.Rəhimovla "Yeganə" şadlıq sarayında görüşüb və pulu alıb. O, biznesmendən 52 min 500 manat alması barədə müqaviləyə də imza atıb. Lakin sövdələşmə alınmayanda pulu qaytarmayıb və biznesmen ondan şikayətçi olub. Məlum olub ki, E.Babayevin əməllərindən başqa zərərçəkənlər də var.  E.Babayevə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Oğlunun öldürdüyü 2 uşaq anasının qanını batırmaq istəyən Akif Rəhimov “Xırdalan Xəz” ASC-nin və “Yeganə” şadlıq sarayının sahibidir. Habelə başqa çoxsaylı obyektləri var. O, deputatlığa namizəd də olub.

Qəzada ölən K.Ələkbərova isə Qarabağ müharibəsində şəhid olmuş Elton Ələkbərovun qızıdır. Bu hadisə geniş ictimai rezonans doğurmuşdu və nəticədə biznesmenin oğlun həbs etmişdilər. Lakin hazırda həmin gənc azadlıqdadır, çünki barəsində yüngül cəza verilmişdi.(virtualaz)

İnarə Rafiqqızı


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam