Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Şəhid qızını maşınla vurub öldürən iş adamının oğlunun həbs müddəti uzadıldı

 

Şəhid qızını maşınla vurub öldürən, hadisə yerindən qaçan, 20 gün sonra isə polisə təslim olan gənc hakim qarşısına çıxarılıb. O, iş adamının oğludur

 

Yenixeber.org: Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən qəza törətməkdə təqsirləndirilən 17 yaşlı Rəhimov Rəhim Akif oğlunun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Hakim Novruz Kərimovun sədrliyi ilə məhkəmənin hazırlıq iclası baş tutub.

Məhkəmədə təqsirləndirilən şəxsin qanuni nümayəndəsi kimi atası Akif Rəhimov tanınıb.

Məhkəmədə məlum olub ki, Rəhim Rəhimov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti fevralın 2-də başa çatır.

Məhkəmə həbs qətimkan tədbirinin uzadılması ilə bağlı məsələyə baxıb. Məhkəmənin qərarı ilə R.Rəhimov barəsindəki həbs qətimkan tədbirinin müddəti uzadılıb.

Məhkəmə baxış iclas fevralın 1-nə təyin edilib.

R.Rəhimov Bakı Dövlət Universitetinin tələbəsi olub.

Təqsirləndirilən şəxsin vəkili bildirib ki, zərərçəkmiş tərəfin şikayəti yoxdur.

Hadisə ötən il noyabrın 8-də Səbail rayonu ərazisində, "Bayraq meydanı"nın ünvanında baş verib.

R.Rəhimov “Jeep Grand Cherokee” markalı 90-FO-007 dövlət nömrə nişanlı avtomobillə yolu keçmək istəyən 1975-ci il təvəllüdlü Əkbərova Könül Elton qızını vurub və piyada vəfat edib. Sürücü isə hadisə yerindən qaçıb.

Cinayət Məcəlləsinin 263-1.3 (nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə ittiham edilən R.Rəhimov 21 gün sonra, noyabrı 29-da şübhəli şəxs qismində tutulub. Onun könüllü olaraq polisə təslim olduğu da deyilir.

 

3 uşaq anası olan mərhum Könül Əkbərova şəhid Elton Əkbərovun qızıdır. Həbs edilən R.Rəhumov iş adamı Akif Rəhimovun oğludur. Akif Rəhimov "Xırdalan Xəz" ATSC-nin rəhbəri, qardaşı Məmməd Rəhimov isə “Yeganə” şadlıq sarayının sahibidir.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam