Sumqayıt Şəhər İcra Şöbəsində görünməmiş saxtakarlıq-Şikayət
“İcra məmuru Abusət Qasımov ölkədən getmək hüququ müəvəqqəti məhdudlaşdırılan borclu Qubadov Elbrus Əfqan oğlunun məlumat vərəqində saxtalaşdırma apararaq onun ölkədən qaçmasına şərait yaradıb”
Yenixeber.org: Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Yeni məhəllə 1, ev 1-də yaşayan Vəliyeva Kifayət Adıgözəl qızını redaksiyamıza gətirən səbəb ağlagəlməz saxtakarlıqla həyata keçirilən məmur özbaşınalığıdır. O, əməkdaşımızla söhbətində süründürməçilikdən bəhs etdi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Şəhər İcra Şöbəsinin icra məmuru Abusət Qasımovdan şikayətçi olduğunu bildirdi.
Şikayətçinin sözlərinə görə, neçə illərdir qızının keçmiş həyat yoldaşı aliment ödəmir, məhkəmə qətnaməsi isə illərdir icra olunmamış qalır: “2010-cu ildə qızım Əliyeva Elyanora Zülfüqar qızı ilə Qubadov Elbrus Əfqan oğlu boşanıblar. Səbəb həmin dövrdə qızımın xəstə olması olub. 2010-cu ildə Sumqayıt şəhər Məhkəməsi qızımla keçmiş həyat yoldaşı Qubadov Elbrus arasındakı rəsmi nikahdan dünyaya gələn iki uşağın hər birinə 93 manat aliment kəsdi. Amma buna baxmayaraq, ötən 9 ildə cəmi 910 manat aliment ödənib. Halbuki həmin pula iki uşaq 9 il deyil, heç bir il də yaşaya bilməz. Sumqayıt şəhəri üzrə İcra İdarəsinə dəfələrlə müraciət etməyimə baxmayaraq, qızımın keçmiş həyat yoldaşı pulu ödəmir. Sumqayıt Şəhər İcra Şöbəsinin icra məmuru Abusət Qasımov isə məhkəmə qətnaməsinin icra olunmasında qətiyyən maraqlı deyil, hər dəfə də müxtəlif bəhanələrlə prosesi uzadırdı.
Bu günlərdə isə bilmişəm ki, Sumqayıt Şəhər İcra Şöbəsinin icra məmuru Abusət Qasımov ölkədən getmək hüququ müəvəqqəti məhdudlaşdırılan borclu Qubadov Elbrus Əfqan oğlunun məlumat vərəqində ağlagəlməz üsulla saxtalaşdırma apararaq onun ölkədən qaçmasına şərait yaradıb. Belə ki, Elbrus Qubadovun şəxsiyyət vəsiqəsində doğum tarixi 11.06.1976-cı il yazıldığı halda, onun Sumqayıt Şəhər İcra Şöbəsinin o vaxtkı rəisi Anar Əhmədov və icra məmuru Abusət Qasımov tərəfindən imzalanmış və möhürlənmiş ölkədən getmək hüququnu müvəqqəti məhdudlaşdıran məlumat vərəqində 11.06.1977-ci il yazılıb. Bununla da icra məmuru Abusət Qasımov borclu Elbrus Qubadovun ölkədən qaçmasına bilavasitə yardımçı olub”.
Borclu Qubadov Elbrus Əfqan oğlunun hazırda Türkiyədə hansısa dəniz limanlarından birində işlədiyini deyən K.Vəliyeva məsələ ilə bağlı ötən həftə ədliyyə nazirinin müavini Vilayət Zahirovun və Ədliyyə Nazirliyi İcra baş idarəsinin rəisi Nurəddin Mustafayevin qəbulunda olduğunu bildirdi: “Mən ədliyyə nazirinin müavini Vilayət Zahirovun qəbulunda olarkən Qubadov Elbrus Əfqan oğlu ilə bağlı nazirlikdəki sənədlərdə də bəzi məlumatların düzgün olmadığını öyrəndim. Belə görünür ki, bütün bu saxtakarlıqların arxasında məhz Sumqayıt Şəhər İcra Şöbəsinin icra məmuru Abusət Qasımov və onun maraqları dayanır. Elə görüşdüyüm nazir müavini və idarə rəisi də məsləhət bildilər ki, Sumqayıt Şəhər İcra Şöbəsinin icra məmuru Abusət Qasımovu məhkəməyə verim və alimentin qalan hissəsi də məhz onun əməkhaqqından kəsilərək ödənilsin”.
Qızının keçmiş həyat yoldaşı E.Qubadovun öz atalıq məsuliyyətini dərk etmədiyini deyən K.Vəliyeva qeyd etdi ki, keçmiş kürəkəni artıq başqası ilə ailə həyatı qurub. K.Vəliyeva, onu da bildirdi ki, E.Qubadovun şəxsi “Opel” markalı avtomobilinin də satışına qadağa qoyulsa da, polis tərəfindən axtarışa verilsə də, maşın ortalıqda yoxdur: “Özü isə ölkə sərhədindən maneəsiz, rahatca keçərək xarici ölkələrə gedir. Halbuki onun hər iki uşağının müalicəyə ciddi ehtiyacı var. Və həmin alimenti ödəməklə övladlarının sağlıq durumuna ata olaraq kömək etmiş olardı. Amma... Mən özüm də II qrup əliləm, yüksək təzyiq və şəkərlə yaşayıram. Atası övladlarına aliment ödəmədiyi üçün onları müalicə etdirə bilmirik. Daha nəvələrimin üzünə baxa bilmirəm, yaşımın bu vaxtında imkansızlıq məni intihar həddinə çatdırıb.
Əminəm ki, aidiyyəti orqanlar, o cümlədən Sumqayıt Şəhər İcra Şöbəsinin yeni rəisi Fuad Nəbiyev mənim bu fəryadıma səs verəcək və şikayətimin təmin olunmasına yaxından köməklik göstəriləcək”.
Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.(tezadlar)
E.ŞİRİNOV