“OVQAT” Kolbasasında xərçəng,ölü ət,milçək,Çin benzonatı...-AZƏRBAYCAN XALQINA NƏ YEDİRİLİR?
Bir müddət əvvəl "Ovqat” şirkətinin istehsalı olan "Maşa və medved” kolbasasının içindən milçək çıxmışdı.
Yenixeber.org: Şirkətin rəhbəri Anar Rzayev isə bu işin məqsədli şəkildə təşkil olunduğunu bildirmişdi. Hətta müəssisənin qapılarının mediaya açıq olduğunu söyləmişdi.
Br qədər sonra "Ovqat” şirkəti barədə yeni iddialar meydana çıxdı. Saytlar yazırdı ki, «Ovqat»ın məhsulları bir sıra onkoloji xəstəliklərə yol açır.
"Ovqat” şirkəti kolbasa və sosiska istehsalında resepturada göstərilməyən müxtəlif konservantlardan, Çin istehsalı olan sodium benzonatdan, boyaq maddələrindən, stablizatorlardan, kraxmaldan, ət kütləsini artıqmaq məqsədilə soyadan, toyuq dərisindən istifadə edir.
Deyilənlərə görə, "Ovqat” şirkətinin məhsullarının markalanması da normativ sənədlərin tələbinə cavab vermir. Bildirilir ki, şirkətin istehsal etdiyi məhsullar bir sıra onkoloji xəstəliklərə yol açır.
Düzdür, bu şirkət bazarın müvafiq seqmentində müəyyən qədər də olsa ad qazansa da, keyfiyyət parametrlərinə diqqət yetirməkdə maraqlı görünmür.
Bu da azmış kimi, mətbuatda növbəti ittihamlar yer aldı. Belə ki, halala haram qatan, daha doğrusu, haramı "halal” kimi təqdim edən sexlərdən biri də "Ovqat” əmtəə nişanı ilə fəaliyyət göstərdiyi iddia olunur.
Məlumatda bildirilir ki, bu müəssisədə işçilərin çoxu ilə əmək müqaviləsi bağlanmayıb. Onların maaşından gəlir vergisi, sosial müdafiə fonduna ayırmalar tutulmur.
İstehsal avadanlıqları köhnəldiyindən, onların istifadəsi əməyin təhlükəsizliyini təmin etməyə imkan vermir. İstehsalatda bədbəxt hadisə baş verəcəyi təqdirdə xəsarət alacaq işçilərin müavinət almaq imkanları yoxdur.
Növbəti iddialarda ölmüş heyvanların ətindən istifadə edildiyi bildirilirdi. A.Rzayev və şirkətin mətbuat xidməti yenə susdu.
Bu məlumatlar mətbuat tirajlandıqca cəmiyyətin "Ovqat”a olan inamı sarsıldı. Bu gün də alıcılar bu firmanın kolbasa məhsullarının keyfiyyətinə şübhə ilə yanaşır.
Şirkət rəhbərliyi isə mətbuata öz qapılarını açmaqla reportaj hazırlamağa şərait yaratmalıdır, bu iddialara dair əks-sübutları ortaya qoymalıdır ki, hər birimiz arxayınlıqla bu məhsulları ala biləcəyimizə arxayınlaşaq.
Amma şirkət susur, danışmır, alıcıların inamı ölür, internetdə axtarış verdikdə bu firma haqda ən qorxunc xəbərlər qarşımıza çıxır. Hər birimiz ailəmizə təmiz, keyfiyyətli, tərkibi sağlam məhsul yedirtmək istəyirik. Belədirsə, bütün yeyinti istehsalçıları cəmiyyətə açıq olmalıdır.
Əslində, saytımız təkcə "Ovqat” yox, digər kolbasa firmaları barəsində də araşdırmalara başlayır və silsilə şəkildə yazılar təqdim edəcəyik.
Burada hər hansı qərəz yoxdur, məqsəd ölkədə xalqa hansı kolbasa-sosiska məhsulları yedirildiyini aydınlaşdırmaqdır. İnanmaq istəyirik ki, internet resurslarında "Ovqat” haqda yer alan iddialar da həqiqətdən uzaqdır. Qarşı tərəfi dinləməyə hazırıq.(xalqxeber.az)
Yenixeber.org olaraq qarşı tərəfin cavab haqqını tanıyırıq.