Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Dövlət Gömrük Komitəsinə sual: Əbülfəz Məlikov Abşeron Logistika Mərkəzini idarə edirmi, etmirmi?-De-fakto

 

Dövlət Gömrük Komitəsi bu müəmmaya aydınlıq gətirə bilərmi?..

 

Yenixeber.org: Dövlət Gömrük Komitəsi qeyri-rəsmi olaraq Abşeron Logistika Mərkəzini “Broker Əbülfəz”in ixtiyarına verib, lakin bunu təkzib edir...

Qeyd edək ki, Əbülfəz Məlikovun Abşeron Logistika Mərkəzində çalışması barədə daha əvvəl mətbuatda məlumat yayılmışdı. Ancaq çox keçmədiki Dövlət Kömrük Komitəsi Əbülfəz Məlikovun Abşeron Logistika Mərkəzində işləməsi ilə bağlı yayılan məlumat təkzib etdi. Lakin məsələ ondadır ki, Əbülfəz Məlikov rəsmi olaraq Abşeron Logistika Mərkəzində çalışmasa da, faktiki olaraq Mərkəzi idarə edir.

Saytımıza verilən məlumata görə Abşeron Logistika Mərkəzinin direktoru işləyən Ziya Ağayev əslində Əbülfəz Məlikovun kadrıdır. Ziya Ağayev vasitəsi ilə logistik mərkəzə nəzarət edən Əbülfəz Məlikov daha bir neçə kadrını mərkəzə yerləşdirib. Bu kadrlar Ziya Ağayevin müavini Əfqan Mənmədov və Pərviz Əsgərovdur.

Redaksiyamıza daxil olan məlumatda qeyd edilir ki, Əbülfəz Məlikov Abşeron Logistika Mərkəzinə daha çox Əfqan Mğmmədovun və Pərviz Əsgərovin əli ilə nəzarət edir. Yəni Əbülfəz Məlikov Mərkəzdə həyata keçirilən işlərlə bağlı tapşırııqları birbaşa Əfqan Məmmədovla Pərviz Əsgərova verir. Biznesmenlərdən yığılan pulları da əsasən Əfqanla Pərviz yığır.

Mənbə qeyd edir ki, Əbülfəz Məlikov Abşeron Logistika Mərkəzində elə bir ab hava yaradıb ki, burda nə Azərbaycan Dəmiryolları QSC-nin, nə də Cavid Qurbanovun hər hansı bir nəzarəti qalmayıb. Yəni Abşeron Logistika Mərkəzində bütün əmr və tapşırıqları başda Ziya Ağayev olmaqla hamı Əbülfəz Məlikovdan alırlar.(pia.az)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam