Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“LukOil Azərbaycan” sürücülərin cibini belə soyur...-İTTİHAM

 

     

    

Yenixeber.org: “LukOil Azərbaycan” şirkətinin yanacaqdoldurma məntəqələrinin yarıtmaz fəaliyyəti sürücülərin haqlı narazılığına səbəb olur. Yanacağın aşağı keyfiyyətdə olması, kütləvi aldadılma halları istehlakçıları narahat edən məsələlərdəndir. Bu günlərdə redaksiyamıza daxil olan şikayət ərizələrinin birinin izi ilə jurnalist araşdırmasına başladıq. Azad İstehlakçılar İctimai Birliyi ilə başlatdığımız araşdırmanın nəticəsindən məlum oldu ki, sürücülər kütləvi şəkildə aldadılırlar.

Maraqlıdır ki, “Lukoil” faktları təsdiq etsə də, həqiqətləri inkar etmək yolunu tutub. Sadə dildə desək, şirkət avtomobillərin çənlərinin tutumu ilə bağlı texniki şərtlərə əhəmiyyət vermədən ciddi cəhdlə yalanlarına həqiqət donu geyindirməyə çalışır.

Bu, “Lukoil” kimi brend markalı yanacaqdoldurma məntəqəsindən birinci şikayət deyil. Bildirək ki, zamanında karate üzrə paralimpiya çempionu Aynur Məmmədova, Araz FM-in müxbiri Aygün Akif, sabiq millət vəkili Etibar Hüseynov və digər şəxslər də adıçəkilən şirkət tərəfindən analoji qaydada aldadılıblar. Təbii ki, bu tip neqativ hallardan narazı qalan, ancaq müəyyən səbəblərdən şikayət etməyən sürücülərin sayı da az deyil.

Həqiqəti üzə çıxarmaq çox asandır. Bunun üçün “Lukoil” şirkəti konkret şikayətçinin, media nümayəndələrinin, Azad İstehlakçılar Birliyinin və aidiyyatı üzrə dövlət orqanlarının iştirakı ilə test monitorinq keçirməlidir. Nəticələr KİV-lərdə işıqlandırılmalıdır.

Onu da qeydedək ki, şirkət bütün ittihamları rəddetməklə yanaşı, şikayətləri də qulaqardına vurmaqla məşğuldur. Biz isə yaxın vaxtlarda “LukOil Azərbaycan”ın müştəriləri aldatma üsullarını ifşa edən videomaterialları təqdim edəcəyik. Bizi izləyin... \\mediapress\\

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam