Redaktor seçimi
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Günün xəbəri

“ELİV” işədüzəltmə şirkəti İŞSİZLƏRƏ NECƏ TORBA TİKİRDİ? -211 nəfər polisə üz tutdu

“ELİV” işədüzəltmə şirkəti İŞSİZLƏRƏ NECƏ TORBA TİKİRDİ?
Daxili işlər orqanları tərəfindən vətəndaşların etibarından sui-istifadə etməklə, aldatma yolu ilə onların əmlaklarının ələ keçirilməsi hallarına qarşı mübarizə tədbirləri qətiyyətlə davam etdirilir.
Yenixeber.org: Bu barədə redaksiyamıza DİN-dən verilən məlumatda deyilir.

Belə ki, cari ilin mart ayının əvvəllərində bir qrup şəxs paytaxtda fəaliyyət göstərən “ELİV” işədüzəltmə şirkətinin məsul əməkdaşları tərəfindən aldadılaraq onlara məxsus külli miqdarda pul vəsaitinin ələ keçirilməsi barədə polis orqanlarına ərizələr verərək, adıçəkilən firma rəhbərlərinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmalarını, onlara dəymiş ziyanın ödətdirilməsinə köməklik göstərilməsini xahiş edib. Həmin müraciətlər əsasında vətəndaşların aldadılaraq pullarının dələduzluq yoluyla ələ keçirilməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

Polis əməkdaşları tərəfindən təxirəsalınmadan həyata keçirilmiş tədbirlərlə qeyd olunan cinayətin Bakı şəhər sakini Məcid Məcidovunun təşkilatçılığı ilə mütəşəkkil qrup tərəfindən törədilməsi müəyyən edilib. O, həmçinin, cinayətkar dəstənin digər üzvləri- paytaxt sakinləri Elvin Məhərrəmov və Ceyhun Qələbəyov polis tərəfindən saxlanılıb və onlara ittiham elan olunub.

Bakı şəhər Baş Polis İdarəsində aparılan istintaq prosesində hələlik 211 nəfər zərərçəkmiş şəxs qismində tanınmış və hazırda onlara dəymiş maddi ziyanın ödətdirilməsi ilə bağlı zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bir daha vətəndaşlara müraciət edərək belə şirnikləndirici və ya şübhəli təkliflərlə, elanlarla rastlaşdıqları zaman bu barədə ilk növbədə hüquq-mühafizə, o cümlədən ərazi polis orqanlarına, Daxili İşlər Naziliyinin “102-Zəng Mərkəzi” Xidmətinə məlumat vermələrini tövsiyə edirik.(dia.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam