Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Anar Məhərrəmov həmvətənlərimizin başına belə oyun açır-Şikayət

 

 Azərbaycan Respublikasının İspaniya Krallığı və Andorra Knyazlığındakı səfiri Anar Məhərrəmovdan şikayət var.
Yenixeber.org: Bu barədə Almaniyada yaşayan hüquqşünas Əlövsət Əliyev öz “Facebook” hesabında yazaraq məlumat verib. 


                           Əlövsət Əliyev

Hüquqşünasına sözlərinə görə, İspaniyada yaşayan soydaşlarımız ona müraciət edərək bildiriblər ki, pasportların verilməsi prosesində ciddi problemlər yaradılır, onlardan qanunda nəzərdə tutulmayan sənədlər tələb olunur, şəxsiyyət vəsiqəsinin müddəti keçmiş vətəndaşlara pasportlar verilmir və onlardan Azərbaycana qayıtmaq, orada şəxsiyyət vəsiqəsi aldıqdan sonra pasport üçün müraciət etmək, şəxsiyyət vəsiqəsi olmayanlardan isə birmənalı şəkildə şəxsiyyət vəsiqəsi üçün Azərbaycana qayıtmaq tələb olunur: “Onu da qeyd edirlər ki, 1000 avro civarında rüşvət verənlərə bu qaydalar tətbiq olunmur və onlara pasportlar verilir. 
Cənab səfir, şikayətlərdən sonra İspaniyadakı səfirliyin saytına daxil olaraq müddəti bitmiş pasport üçün tələb olunan sənədlərin siyahısına baxdım. Həqiqətən heyrətləndim. Qanunda nəzərdə tutulmayan sənədlər siyahıya əlavə edilərək saytda yerləşdirilib. Pasport ücün müraciət edənlərdən tələb olunan aşağıdakı sənədlərin heç birisi qanunda nəzərdə tutulmayıb və bu, məmur özbaşınalığından başqa bir şey deyil. Siyahıya əlavə edilən sənədlərin bəzilərini diqqətinizə çatdırıram: 
• şəxsiyyət vəsiqəsi. Qanunda şəxsiyyət vəsiqəsinin nəzərdə tutulmasına baxmayaraq, səfirlik əməkdaşları müraciət edənlərdən etibarlı şəxsiyyət vəsiqəsi istəyir və bunun üçün vətəndaşın Azərbaycana qayıtmasını tələb edirlər. Tələb qanunsuz olmaqla yanaşı həm də qeyd olunmalıdır ki, əksər soydaşlarımızın maddi imkanları onların Azərbaycana qayıtmasına imkan vermir; 
• 3×4 ölçüdə iki ədəd rəngli fotoşəkil. Fotoşəkillərin də verilməsi qanunda nəzərdə tutulmayıb. Əgər bu fotolar konsulluq qeydiyyatı üçün tələb olunursa, bu halda konsulluq qeydiyyatı bölməsi yaradılmalı və şərtlər o hissədə qeyd olunmalıdır;

  • İspaniya Krallığında daimi/müvəqqəti yaşayış hüququnu təsdiq edən sənəd. Bu sənədin təqdim olunması da qanunda nəzərdə tutulmayıb; 
    • İspaniya Krallığında daimi/müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşının qeydiyyat kartı. Bu qeydiyyat kartını cənab səfir, şəxsən Siz də almamısınız, hec sizin işçilərinizə də verilməyib. Olmayan sənədi hansı cəsarətlə vətəndaşlardan tələb edirsiniz!!!!
    • 18-35 yaşlı kişi müraciətçilər üçün Hərbi Bilet (əgər hərbi xidmətdə olmamışsa, hərbi komissarlıqdan qeydiyyatdan çıxış haqqında arayış təqdim olunmalıdır). Bu tələb isə ayrıca müzakirə olunmalıdır. Tələbin bu formada qoyulması yüzlərlə və ya minlərlə soydaşlarımızın vətəndaşlığı olmayan şəxs vəziyyətinə düşməsinə səbəb olur”.

Ə.Əliyev daha sonra yazıb : “Cənab səfir! Xaricdə yaşayan Azərbaycan vətəndaşlarına xidmət etmək vəzifəsi olan bir səfirliyin və onun konsulluq xidmətini icra edən əməkdaşının vətəndaşların məlumatsızlığından istifadə edib bu kimi hallara yol verməsi ədalətsizlik, qanunsuzluq, vəzifədən sui-istifadədir. Sizdən bu qanunsuzluğun tezliklə dayandırlımasını və səfirliyin fəaliyyətinin qanuna uzğunlaşdırılmasını təmin etməyinizi xahiş edirəm“.

Məlumat üçün qeyd edək ki, Anar Məhərrmov Bakı Dövlət Universitetinin keçmiş rektoru Abel Məhərrəmovun oğludur.  O, 2016-cı ildə Azərbaycan Respublikasının İspaniya Krallığı və Andorra Knyazlığındakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.(AzEuroNews.com)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam