Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"336 məhkum şəxsiyyət vəsiqəsi ilə təmin olunub"

 

"Xeberinfo.com":   Məlumata görə, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən musavat.com-a göndərilən büllütendə yazılır:

"Daxili İşlər Nazirliyi rəhbərliyinin tapşırığına əsasən, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü ilə ölkəmizin paytaxtında, digər şəhər və rayonlarında şəxsiyyət vəsiqələrinin verilməsi, etibarlılıq müddəti bitmiş sənədlərin yeniləri ilə dəyişdirilməsi üzrə səyyar xidmətlər keçirilir.
Növbəti belə tədbir sözügedən baş idarənin və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməkdaşlarının iştirakı ilə cəzaçəkmə müəssisələrində baş tutub, bu zaman cəza çəkən, şəxsiyyət vəsiqəsi olmayan 336 məhkum şəxsiyyət vəsiqəsi ilə təmin olunub.
Bununla yanaşı, ötən ay Şirvan ŞPŞ-nin qeydiyyat və şəxsiyyət vəsiqəsi qrupunun əməkdaşları tərəfindən şəhərin Hacıqəhrəmanlı və Bayramlı qəsəbələrində keçirilən səyyar xidmət zamanı 263 nəfərə  yeni sənədlər  təqdim edilib. 
İşin səmərəliyinin daha da artırılması və  vətəndaş məmnunluğunun təmin edilməsi məqsədini güdən belə tədbirlər respublikamızın digər bölgələrində də davam etdirilir". 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam