Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

IST Petrol sahiblərindən rəzalət: AYAZ NƏZƏROV “12 SAYLI” NOTARİUSUN ƏLİ İLƏ SAHİBKARI BELƏ MƏHV ETDİ -TƏFƏRRÜAT 

        

IST Petrol sahiblərindən rəzalət: AYAZ NƏZƏROV “12 SAYLI” NOTARİUSUN ƏLİ İLƏ SAHİBKARI BELƏ MƏHV ETDİ - TƏFƏRRÜAT
Yenixeber.org: Son 2 ildə ölkəmiz inkişafın yeni modelinə keçid edib. Dünya ilə ayaqlaşmağa hesablanmış bu modelin təməl daşını azad sahibkarlıq mühiti təşkil edir. Prezident İlham Əliyev son bir ildə bu sahədə mühüm dəyişiklər etmək üçün onlarla qərar, sərəncam, tapşırıq və fərman imzalayıbdır. Prezident həm də sahibkarlara zərbə vuran, onları sıradan çıxardan, məhvə sürükləyən bütün qurum və şəxslərin ən sərt şəkildə cəzalandırılacağını bəyan edib.

Bu istiqamətdə redaksiyamıza onlarla məktub, şikayət, müraciət daxil olur. Bir neçə gün öncə isə redaksiyamıza daxil olan müraciət sözün əsl mənasında ekranlarda gördüyümüz mafia kinolarını xatırladır.

 7NEWS.az xəbər verir ki, məsələ burasındadır ki, xaricdə təhsil almış bir gənc uğurlu biznes layihə hazırlayır, dostlarına, yaxınlarına təqdim edir. Hər kəs bu layihəni dəstəkləyir və gənc sahibkar isə işə başlayır. Allaz Group MMC-ni təsis edən Vüqar İmamverdiyev Şabayev Teymur Razim ogluna məxsus qeyri-yaşayış sahəsini 20 min manata icarəyə götürür. Təsəvvür edin ki, 5 illik böyük bir ərazini icarəyə götürürsən, hər ay 20 min verirsən, bütövlükdə 150 min manatdan çox xərc qoyursan, 1 il sonra sənin möhürünü oğurlayıb, müqavilənə notariusda qanunsuz xitam edib səni küçəyə atırlar. Üstəlik Ayaz Nəzərov adlı şəxsin sualı isə təpədən-dırnağa qədər cinayət məsuliyyətidir: "EŞİTMİŞƏM AİLƏLİSƏN, BİR OĞLUN DA VAR, GET AİLƏNİN YANINA, AĞILLI OL…”

Artıq hər şeyi itirdiyini 100 mindən çox borcunun olduğunu deyən Vüqar İmamverdiyev yeganə ümid yerinin Prezident İlham Əliyev olduğunu dedi. V.İmamverdiyev belə bir mütəşəkkil cinayətkar dəstənin ölkədəki sahibkarlıq mühitinə böyük zərbə vurduğunu, özündən başqa bir neçə şəxsi "tora” saldığını deyib.

"Yazaraq sizə bildirirəm ki, 2018-ci 19 fevral tarxində, Şabayev Teymur Razim ogluna məxsus Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 19A ünvaninda yerləşən qeyri yaşayış səhəsini ilə bağlı direktoru olduğum Allaz Group MMC və Şabayev Teymur Razim oğlunun verdiyi etibarnamə əsasında Nəzərov Ayaz Məhəmmədəli oğlu arasında müqavilə bağlanmışdır.

Mülkə girdiymiz gündən Nəzərov Ayaza her ay 20000 (iyirmi min manat) manat məbləğində icarə haqqı odəmişəm. Bundan başqa sözu gedən mülkdə ofislərin tikilməsi (50dən chox ofis tam təmirli) tikilməsi və bu mülkdə biznes qurulması üçün 155000 (bir yüz əlli beş min) manatdan cox maddi vəsait cəlb etmişdir.

Bundan sonra Nəzərov Ayaz biznesin qurulduğunu görüb mənim əziyətlə qurduğun biznesi əlimdən almaq üçün bir neçə şəxslə əlbir olaraq qanunsuz, ləyaqətsiz, quldurluq və zorba yolları ilə mənim haqqım olanı əlimdən aldı.

Nəzərov Ayaz dəfələrlə məni hədələyib, onun dediklərini etmədiyim təqdirdə məni yer üzündən itirəcəyini deyib. Bundan başqa məni ailəmlə hədələyərək, özlərinin yəni Şabayev Teymur və Şabayev Seymur qardaşlarının Bakidakı nüfuzları barədə məlumatlar vermişdir.

Son olaraq yenə hədələyərək məni öz avtomobilində, öz qanunsuz əməllərində əməkdaşlıq etdiyi 12 saylı dövlət notariat ofisində möhürsüz müqaviləyə xitam verdirmişdir. Möhürün olmamasının səbəbi məni özlərinə aid mülklərinə girişimə icazə vermədiyi vaxtda mənim ofisimdən mənə aid bir neçe sənəd və müqavilələrlə birlikdə götürülməsidir. Müqavilənin digər nüsxələrində möhür oldugunu bildirsələr də məndə olan nüsxədə möhür yoxdur.

Tək xahişim odur ki, bütün bu qanunsuz əməllərinə görə Nəzərov Ayaz cinayət məsuliyyətinə cəlb olunsun, 12 saylı notariat ofisində olan qanunsuz saxtakar əməlləri ilə bağlı qanun qarşısında cavab versin, mənə qarşı olan təhdidlərə son qoyulsun və mənə dəymiş zərəri ödənilsinlər. Eşitdiyimə görə Teymur və Seymur qardaşları insaflı, ədalətli adamlardırlar. Ola bilər ki, Ayaz Nəzərov öz şeflərinə "haqq-hesab” zamanı mənlə heç bir problemin olmadığını, qoyduğum sərmayənin qaytarıldığını deyib. Bu müraciətim bütün həqiqətlərin üzə çıxmasını təmin edəcək. Bird aha deyirəm, necə ola bilər ki, böyük bir plazanı 5 illik kirayə götürəcəsən, 150 mindən çox xərc qoyasan, 1 ildən sonra isə səni heç bir kompensasiya, heç bir məbləğ ödənilmədən çıxarsınlar. Bu barədə mən Cənab Prezidentə, 1-ci Vitsə-Prezidentə ətraflı yazacam. Ölkədə gənc iş adamlarının bu formada məhv olması barədə məlumat verəcəm.”

7NEWS.az olaraq biz də qısa zaman kəsiyindəIST Petrol sahibləri Teymur və Seymur qardaşları, eyni zamanda, onların adından rəsmi hərəkətlər edən Ayaz Nəzərov haqqında araşdırmalar apardıq. Əldə etdiyimiz məlumatlar sözün əsl mənasında redaksiyamızı şoka saldı. Büdcənin talan edilməsi, külli miqdarda vergidən yayınma, dələduzluq, çirkli pulların "yuyulması”, eyş-işrət, əyləncə, qanunsuz dövriyyələr, şou-biznesdə olan bəzi xanım müğənnilərlə bağlantılar növbəti yazılarımızın əsas tezisləri olacaqdır.

Mövzunu davam etdirəcəyik.








Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam