Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Nazirlik autizmli xəstələrlə bağlı yeni layihə hazırlayır

"Hazırda Səhiyyə Nazirliyi ilə bir çox məsələlər müzakirə olunur".

Yenixeber.org: “Autizmli xəstələrə qoyulan diaqnoz 18 yaşdan sonra da dəyişdirilməyəcək və ömürlərinin sonuna qədər məhz bu diaqnozla tanınacaq”.

Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli deyib.

O xatırladıb ki, hazırda qanunvericilikdə əlilliyin müəyyən olunması ilə bağlı meyarlar mövcuddur: “Sağlamlıq imkanları məhdud olan həmin şəxslərə 18 yaşına qədər autizm xəstəsi diaqnozu qoyulur. Həmin yaşdan sonra onlar sağlamlıq imkanları məhdud insanlar sayılmır və başqa fərqli diaqnoz qoyulur. Bu da həmin insanın həyatına təsir edir, əmək bazarında işə götürülmür, cəmiyyətdə özlərini tapmalarına maneə yaradır”.

M.Kərimli qeyd edib ki, mövcud meyarlarda dəyişiklik edilməsi qərara alınıb və yeni layihə hazırlanır: “Layihəyə əsasən, autizmli şəxslərə 18 yaşından sonra başqa diaqnoz qoyulmayacaq və elə həmin xəstəliklə də qeydiyyatda olacaqlar. Hazırda Səhiyyə Nazirliyi ilə bir çox məsələlər müzakirə olunur. Gələcəkdə autizm xəstələrinin həyatları boyu bu diaqnozla qeydiyyatda olması təmin ediləcək. Bu da həmin insanlara olan yanaşmanı dəyişəcək”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam