Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Asif Əsgərovun “Yaşıl soyqırım”ına “DUR” deyən olacaqmı? –FOTOLAR

 

 Paytaxtın Nəsimi rayonunda ağacların kəsilərək yerində bina və ticarət obyektləri tikilməsi prosesi davam edir. 

Yenixeber.org: Redaksiyamıza müraciət edən sakinlərin sözlərinə görə, 20 Yanvar küçəsi, metronun “Memar Əcəmi” stansiyasının yaxınlığındakı ərazi bir tikinti firmsına satılıb. Həmin firma ərazidə bir neçə hündürmərtbəli bina tikir. Bu məqsədlə də, ərazidəki yaşıllıq zolağı məhv edilib.

Sakinlər deyir ki, ağacların kəsilməsi ilə bağlı dəfələrlə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə şikayət ünvanlayıblar. Ancaq nazirliyin əraziyə gələn işçiləri tikinti firması ilə söhbətdən sonra bir daha həmin yerə ayaq basmayıblar.

Sakinlər iddia edir ki, tikinti firmasını Nəsiminin icra başçısı Asif Əsgərov himayə edir və buna görə onlara heç kim bata bilmir.

Sakinlərin çıxış yolu kimi Prezident Administrasiyasına getmək məcburiyyətində qalıblar. Ancaq orada onları qəbul edib, dinləyən olmayıb. Sadəcə prezidentə ünvanlanan məktublarını alıblar.

Sakiknlər ərazinin hasarlanıb ağacların kəsilməsinə etiraz olaraq yaxın günlərdə yolu bağlayaraq etiraz aksiyası keçirmək istədikləri bildiriblər.(AzEuroNews.com)

Məsələ ilə bağlı Nəsimi Rayon İcra Hakimiyyətinin mövqeyini öyrənmək mümkün olmayıb. Qarşı tərəfin də mövqeyini öyrənib dərc etməyə hazırıq.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam