Sumqayıt Maşın Bazarı – Mərhum Sabirin oğlu Zaurun (Davud) şantaj və təhdid yolu -VIDEO
Sumqayıt maşın bazarının sahibi əmisinin torpağına göz dikib. Bu dəfəki şikayətçimiz Sumqayıt sakini Məmmədov Məhəmməd Musa oğludur və nə qədər qəribə görünsə də, onun şikayəti öz dost-doğma qardaşı oğlundandır –Davud Tarıverdiyevdən.
Yenixeber.org: Davud Tarıverdiyev Sumqayıt maşın bazarının mərhum müdiri Tarıverdiyev Sabirin oğludur. Lakin bəhs etdiyimiz mövzu yalnız adçəkilən şəxslə deyil, eləcə də Sumqayıt şəhər məhkəməsindəndir. Aşağıda bəhs edəcəyimiz mövzu da baş verənlərin tam mənzərəsidir. Ata çörək verib, oğlu isə bu çörəyi ayaq altına atır. Məsələ ondadır ki, Məmmədov Məhəmməd uzun illər öz ailəsi ilə birgə əmisi oğlunun yanında çalışıb, pis və yaxşı günlərində hər zaman yanında olub, necə deyərlər, bir qazandan çörək yeyiblər. Mərhum Sabir müəllimin Rusiyada qurduğu biznesindən tutmuş ta Sumqayıtdakı maşın bazarında çalışdığı dövrədək Məhəmməd kişinin heç bir problemi, çətinliyi olmayıb. Əksinə, rəhmətlik Sabir müəllim onu ev-eşik edib, çörəyini verib. Üstəlik, Sumqayıt şəhərinin İnşaatçılar küçəsində bir yer də ayırıb ki, ev tiksin. Lakin… Davud Tarıverdiyevin gözünü pul-para elə tutub ki, indi də halallığa haramlıq qatmaqla məşğuldur. Lakin təəssüf ki, cəmiyyətimizdə formalaşan və neqativ, arzuolunmaz eyni zamanda millətimizə yaraşmayan tendesnsiyalar Sabir müəllimin oğlu Zaura (Davuda) da sirayət edib. Halal çörəklə Məhəmməd kişini və ailəsini dolandıran atasının ruhuna hörmətsizlik edərək, bu halallığı ayaqlar altına atıb. Məsələ həm də ondadır ki, Davud Tarıverdiyev atası mэrhum Sabir müəllimin işlərinə rəhbərlik etməyə başlayandan sonra, indi də Məhəmməd kişiyə halallıq üçün pay verilmiş evə, torpağa sahib durmağa çalışır. Görünür, Davud Tarıverdiyevin gözünü pul-para elə tutub ki, indi də halallığa haramlıq qatmaqla məşğuldur. Bu gün baş verənlərlə bağlı Məhəmməd kişinin qonşuları da qeyd olunanları təsdiqləyirlər.
Onlar Məhəmməd Məmmədovun mehriban, işgüzar və həyanlı qonşu olduğunu deyir, həyətində görülən işlərin hər birini öz zəhməti hesabına ərsəyə gətirdiyini bildirirlər. Halbuki, buraya təzə köçərkən, heç nə olmayıb. Məhkəmə Davud Tanrıverdiyevə qahmar çıxır, məqsəd də bəllidir… Boş torpaqda ev-eşik, qurub-yaradan Məhəmməd kişi indi də Davud kimi bir qəddar insanın əlində çox çətin vəziyyətdə qalıb. Hətta məhkəmə də Davudun diktəsi ilə hərəkətə keçərək, nədənsə, nəyinsə müqabilində onun bu kirli əməllərinə müvafiq qərarlar çıxarır. Şikayətçimiz bildirir ki, o bu dövlətdən, onun rəhbərliyindən çox razıdır. Lakin dövlət başçısı cənab İlham Əliyevin göstərişinə əsasən, bu gün hər bir məmur vəzifəsindən asılı olmayaraq, vətəndaşının xidmətində dayanmalıdır. Ancaq Sumqayıt məhkəməsi vətəndaş olaraq birtərəfli qaydada Davudu görür və onun qanunsuz əməllərinə istər dolayı, istərsə də bilavasitə dəstək göstərir.
Görəsən, Davud Tarıverdiyevin gəliri, qazancı o qədərmi azdır ki, indi də insanların evlərinə, torpaqlarına göz tikir? Ümumiyyətlə, bu kimi məsələləri heç bir mənəviyyata, ləyaqətə, vicdana aid etmək olmaz. Bu həm də bir namus məsələsidir ki, insanın halal zəhməti ilə qazandığı ev-eşiyini zorla əlindən almağa çalışasan, ailəsini çölə atıb, kimlərinsə bədbəxtliyi üzərində kef çəkəsən. Buna isə bir ad vermək olar, haqqı nahaqqa vermək, ya da satmaq!
Qarşı tərəfin mövqeyini öyrənməyə çalışsaq da təhqir dolu şantajlı ifadələrdən başqa bir söz eşitmədik. Onu da qeyd edək ki, Zaur deyə çağrılan şəxsin əsl adı Davuddur. Mövzunu davam etdirəcəyik…(xəbərAl.az)
P.S. Belə atadan bu cür oğul məsələni yerində deyib atalarımız. Ata halalzadə, oğul isə…