Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Sumqayıt Bələdiyyəsindən əcaib addım-marketlərdə “öz çörəyini” satdırır

 

Yenixeber.org: Redaksiyamıza Sumqayıt şəhərində çörək satışı ilə bağlı maraqlı məlumat daxil olub. Məlumatda Sumqayıt şəhərinin Bağlar deyilən ərazisində məhəllədaxili marketlərdə çörək satışına şəhər Bələdiyyəsinin və digər dövlət strukturlarının anlaşılmaz müdaxiləsindən bəhs olunur. Bu ərazidə satış məntəqələrini çörəklə təmin edən Məmmədov İlqar Telman oğlunun yenixeber.org-a verdiyi məlumata görə dünəndən (13.09.2018) özünü şəhər Bələdiyyəsinin əməkdaşı kimi qələmə verən Rövşən adlı şəxs 10- yaxın məhəllədaxili marketlərə açıq şəkildə təzyiq edir: “Dünən həmişə olduğu kimi Bağlarda marketlərə çörək paylayarkən Bələdiyyənin əməkdaşı Rövşən adlı şəxsin heç bir əndazəyə sığmayan hərəkəti ilə qarşılaşdım. Adam ərazidəki bütün dükanlara təzyiqlə göstəriş verirdi ki, bundan sonra ancaq “Sumqayıt” çörəyi satmalısınız. Çəkinmədən deyir ki, bununla bağlı Sumqayıt Şəhər Bələdiyyəsində sədr Sultan müəllimin rəhbərliyi ilə iclas olub və belə qərar alınıb ki, şəhərin hər yerində olduğu kimi bu ərazidə də ancaq “Sumqayıt” çörəyi satılmalıdır. İcra Hakimiyyətinin , Gigiyena v’ Epidemiologiya Mərkəzinin adı ilə dükan sahiblərinə hədə-qorxu gəlir. Hansısa süni problemlərlə qarşılaşacaqlarından ehtiyat edən dükan sahibləri də məcburən onunla razılaşmalı olurlar. Bildiyimə görə bu oyunda Sumqayıt Çörək Zavodunun Bəylər adlı direktor müavini də aktiv iştirakçıdır. Sadəcə olaraq Rövşən görüntüdür.

Mən Rövşənə bu göstərişin, hərəkətin qanunsuz olduğunu bildirib, etiraz etsəm də nəticə olmadı. Dövlət başçısı aidiyyatı strukturlara sahibkarlığın inkişafına nəinki mane olmamağı, əksinə yardımçı olmalarını dəfələrlə göstəriş versə də təəssüf ki, hələ də bunu saymazdan gələnlər var. Nə vaxtdan hansısa dövlət təşkilatına, Bələdiyyəyə belə hüquq verilib. Bunun adı nədir? Bu dərəcədə haqsızlıq, “besperedel” olarmı? Mən Rövşənə bu özbaşınalıqla bağlı dövlət orqanlarına, cənab prezidentə müraciət edəcəyimi desəm də xeyiri olmadı. Dedi ki, “get hara istəyirsən şikayət elə”. Dünəndən bəri nə Bələdiyyədən, nə də başqa bir instansiyadan heç bir cavab ala bilmirik”.

Bütün bunlar ilqar Məmmədovun əməkdaşımıza danışdıqlarının bir qismidir. Biz bu və digər məlumatlarla bağlı Rövşən adlı şəxslə əlaqə yarada bilməsək də, Sumqayıt Şəhər Bələdiyyəsinin sədri cənab Sultan Əsədovun mövqeyini birbaşa olmasa da, öyrənə bildik. Sultan müəllim Rövşən adlı əməkdaşlarının olduğunu desə də, digər ittihamları rədd etdi. Bələdiyyənin belə bir hüququnun olmadığını və hansısa sahibkarın fəaliyyətinə müdaxilə etmədiklərini bildirdi.

Olayla bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətindən məlumat almaq istiqamətindəki cəhdlərimiz nəticəsiz oldu. Qurumun internet saytında İctimai-siyasi  və humanitar məsələlər şöbəsinin göstərilən telefon nömrələrinə dəfələrlə zəng etsək də cavab verən olmadı.

Aktuallığını nəzərə alıb, qarşıdakı günlərdə mövzunu davam etdirməyə çalışacağıq.

P.S: Bir müddət əvvəl Sumqayıtda kənardan (Bakıdan) çörək gətirilib, satılmasına qadağa qoyulması ilə bağlı xəbər yayılmışdır. Hətta bu məqsədlə Sumqayıta daxil olan nəqliyyat vasitələrinin cərimə meydançasına aparıldığı da yayılan məlumatlar sırasında idi. Baxmayaraq ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin rəsmisi bu xəbəri təkzib etdi... 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam