Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Beyləqanın icra başçısı Heydər Əliyev parkını hissə-hissə satır-Foto, Video

 

“Beyləqan şəhərində Ulu Öndər Heydər Əliyev adına olan park hissə-hissə satılır. İllərdən bəri əkilmiş nadir ağaclar Beyləqan vətəndaşlarının gözü qarşısında məhv edilir”, redaksiyamıza Beyləqan sakinləri adından daxil olmuş məktubda belə deyilir.

Yenixeber.org: Məktub müəlliflərinin sözlərinə görə, Beyləqan rayon İcra Hakimiyyəti başçısının 21 may 2001-ci il tarixli 18 nömrəli sərəncamına əsasən, sonradan Heydər Əliyevin adı verilmiş “Mədəniyyət və istirahət parkı”nın ərazisi ölçülərək müəyyən edilib ki, onun əhatə etdiyi sahə 4,21 hektardır.

Məktub müəllifləri iddia edirlər ki, parkın ərazisində 20-30 il bundan əvvəl əkilmiş yüzlərlə nadir ağaclar məhv etməklə obyektlər tikilib.

 Redaksiyamıza müraciət etmiş Beyləqan sakinləri yazırlar ki, Heydər Əliyev adına olan parkın ərazisinin mənimsənilməsi ilə əlaqədar şikayətləri dinlənilmir, çoxsaylı məktub və müraciətlərə heç kim cavab vermir. Məhz bu səbəbdən onlar redaksiyamıza üz tutublar.(virtualaz.org)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam