Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Cahangir Hacıyevə yeni cinayət işi açıldı

 

Cahangir Hacıyevə yeni cinayət işi açıldı

 

“Azərbaycan Beynəlxalq Bankı”nın keçmiş sədri, hazırda həbsdə olan Cahangir Hacıyevə qarşı yeni cinayət işi başlanılıb.

Yenixeber.org: Bankdakı mənbənin verdiyi məlumata görə, sabiq rəhbər C.Hacıyev bu dəfə də mənimsəmədə ittiham edilir. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.

Xəbərə görə, C.Hacıyev bankın Moskva filialındakı yeyintilərlə bağlı dindirilir. Onun həmin filialda maxinasiya edərək dövlətin və bankın pulunu öz şəxsi mənafeləri üçün mənimsədiyi iddia olunur. Hazırda istintaq bankdakı sənədlər və pul köçürmələri əsasında araşdırmanı davam etdirir.

C.Hacıyevin vəkili Aqil Layıcov “Qafqazinfo”ya açıqlamasında belə bir məlumatdan xəbərsiz olduğunu bildirib: “İstintaq bundan əvvəlki işdə Cahangir Hacıyevin 2001-2015-ci illərdəki fəaliyyətini araşdırıb və bununla bağlı hökm də verilib. İndi cinayət işi açılıbsa belə, hansı dövrü araşdıracaqlar? Onun işdən çıxandan sonrakı dövrünü?”

Qeyd edək ki, C.Hacıyev 2015-ci ildə eyni maddə ilə ittiham edilərək həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib. Onun apellyasiya şikayəti təmin edilməyib.(qafqazinfo)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam