Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Azərbaycan hibrid müharibə ilə üzləşib...”-ABŞ dövlət katibinin köməkçisinin müavini

 

Yenixeber.org: Amerikanın Rusyaya qarşı tətbiq etdiyi sanksiyaların məqsədi Moskvanı beynəlxalq hüququn normalarına geri dönməyə məcbur etməkdir. Virtualaz.org “Kommersant”a istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kent bildirib.

Bu günlərdə Cənubi Qafqaz regionunda səfərdə olan Corc Kentlə Rusiya, Ukrayna, Macarıstan, Latviya, Polşa, Serbiya və Türkiyədən olan bir qrup jurnalist Kiyevdən “Skype” üzərindən söhbətləşiblər. Jurnalistlərin amerikalı diplomatla bu söhbətini ATƏT “Dezinformasiyaya qarşı mübarizə” proqramı çərçivəsində təşkil edib.

Diplomat dezinformasiya mövzusuna özünün giriş nitqində toxunub. “Mən Ukrayna, Belarus, Gürcüstan, Moldova, Ermənistan və Azərbaycanla işləyirəm. Həmin ölkələrin hamısı bu və ya başqa formada Rusiyanın region ölkələrinə yanaşmasının nəticəsi olaraq meydana çıxan çağırışlarla üzləşiblər”-Corc Kent bildirib.

 

Dövlət Departamentinin rəsmisi dəqiqləşdirib ki, söhbət o cümlədən beynəlxalq hüququn normalarının pozulmasından, dezinformasiyadan istifadə edilməsindən və “bəzilərinin hibrid müharibə adlandırdığı metodların” işə salınmasından gedir.

“Hər ölkədə situasiya fərqlidir və onların hər biri bu çağırışlara fərqli reaksiya verir”-diplomat əlavə edib.

Corc Kent qeyd edib ki, ona və bir çoxlarına Donbassdakı münaqişə 2008-ci ilin avqustunda Gürcüstanda baş verənləri xatırladır. “Hesab edirəm ki, bu Rusiyanın taktikasıdır-ölkələrdə situasyanı debalanslaşdırmaq və onlara öz gələcəklərini müəyyən etməyə imkan verməmək”-amerikalı diplomat deyib.

Lakin diplomata görə Amerikanın yanaşması bunun əksidir. “Bizim mövqeyimiz ondan ibarətdir ki, ölkələrin öz gələcəklərini seçmək hüququ olmalıdır. Biz bu ölkələrin ərazi bütövlüklərini və suverenliklərini dəstəkləyirik. Biz dövlətlərin çiçəkləndiyi və öz yolunu seçdiyi, o cümlədən Rusiya ilə yaxşı münasibətlə qurduğu, habelə Avropa ittifaqı ilə iqtisadi yaxınlaşmaya malik olduğu, ABŞ-la regional stabillik və iqtisadiyyat məsələlərində tərəfdaşlıq yaratdığı region görmək istəyirik”-Corc Kent belə deyib.(virtualaz)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam