Polis mayoru, yoxsa “makler”-Şikayət
Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin rəisi Urxan Şirinov və “makler” kimi tanınan sahə rəisi, polis mayoru Hikmət vətəndaşın qanuni torpağını zəbt edilməsinə şərait yaratmaqda məqsədləri nədir?
Yenixeber.org: İqtisadi çətinlik davam etdikcə kriminal hadisələr, dələduzluq əməlləri də çoxalır. Bu da maraqlıdır ki, belə əməlləri törədənlər çox tezliklə qanun qarşısında cavab verməli olurlar. Ancaq nədənsə, bu, yeni bir qanunsuzluq etmək eşqinə düşənlərə dərs olmur. Sanki ölkəni dərəbəylik, əzdikləri, haqqını tapdadıqları insanları isə yiyəsiz görürlər. Əllərində bir az pulu, vəzifəsi, səlahiyyəti, arxası olanlar,necə deyərlər, qarşılarında gözü çıxmış canavardan heç bir nümunə götürmək istəmirlər. Bu bəd əməl sahibləri birdəfəlik dərk etməlidirlər ki, ölkədə qaununlar var və bu qanunların keşiyində hüquq mühafizə orqanları ayəq-sayıq dayanıblar. Kimliyindən asılı olmayaraq qanunsuzluq edənlər cəzalarını alıblar və gələcəkdə də alacaqlar. Sadəcə bir az geci-tezi var.
Elə redaksiyamıza müraciət edən Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi 3-cü yaşayış massivi, ev 1308-də yaşayan, Cəbrayıl rayonundan məcburi köçkün, ziyalı müəllim İmanov Ramiz Əyyub oğlunun başına gətirilən oyunların səbəbkarı da məhz hüquq-mühafizə orqanlarının əməkdaşlarıdır. Dediyimiz kimi qanunun keşiyində durmalı olan hüquq-mühafizə orqanlarının bəzi əməkdaşları, əsl “reket”lik edərək R.İmanovun qanuni torpağını qanunsuz zəbt ediblər. Əvvəlcə yaxşı olar ki, Ramiz Əyyubovun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci-vitse prezidenti Mehriban xanım Əliyevaya, Azərbaycan Respublikasının Daxili İşlər naziri cənab Ramil Usubova, Azərbaycan Respublikasının Baş Prokuroru cənab Zakir Qaralova və bir sürəti də “Təzadlar”a ünvanlandığı müraciətinə nəzər salaq:
“Hörmətli Prezident, ümummilli liderimiz Heydər Əlirza oğlu Əliyev cənabları həyatını xalqımızın yolunda fəda edərək, millətimizin rifahının yaxşılaşdırılması, dövlətimizin qüdrətlənməsi yolunda danılmaz və əvəzsiz xidmətlər göstərmişdir. İndi isə Siz bu haqq işin öhdəsindən layiqincə gəlirsiniz. Ailəmiz bütün ümidlərini cənab Prezident, sizə bağlayır.
Qeyd edim ki, mən Cəbrayıl rayonundan məcburi köçkün düşərək, Bakı şəhəri Səbail rayon Badamdar qəsəbəsində məskunlaşmışam. Təhsil işçisi kimi Səbail rayonunda yerləşən məcburi köçkün məktəbinin direktoru vəzifəsində çalışıram. 20 ildən çox müddətdir ki, 120 saylı Cəbrayıl – Qubadlı seçki dairəsində məntəqə sədriyəm. Qarabağ müharibəsi veteranıyam və 2-ci qrup əliləm. Eyni zamanda şəkərli diabetdən əziyyət çəkirəm.
Diqqətinizə çatdırım ki, mən 1999-cu ildən Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 3-cü yaşayış massivi 1308 ünvanda yaşayıram. Uzun müddətdir abadlaşdırıb istifadə etdiyim torpağı öz adıma sənədləşdirmək üçün Badamdar bələdiyyəsinə müraciyət etdim . Məsələyə Səbail rayon Badamdar Bələdiyyəsinin Yerli İqtisadi İnkişaf daimi komissiyasının 01.09.2005-ci il tarixli iclasında baxılaraq, Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 3-cü yaşayış sahəsində olan 500.kv.m torpaq sahəsinin mənim tərəfimdən abadlaşdırılaraq yararlı vəziyyətə saldığımı nəzərə alaraq, fərdi yaşayış evinin tikintisi üçün mənim mülkiyyətimə verilməsini məqsədəuyğun hesab edərək Azərbaycan Respublikasının TM-nin 47,59 maddələrinin eləcə də “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” əsasnamənin 2,3 və 4 fəsillərinə əsaslanaraq Səbail bələdiyyəsi 01.09.2005-ci tarixli 114 saylı ümumi iclasında 01 sentyabr 2005-ci il tarixində 114 №-li qərarla abadlaşdırdığım torpağı mənim istifadəmə vermişdir.
2018-ci ilin sentyabr ayının 17-də sözügedən sahədəki torpaq sahəmdə olarkən gördüm ki, torpaq sahəmin içərisində traktor işləyir. Mən onlara yaxınlaşanda qonşumuz Qurban adlı şəxs mənə bildirdi ki, qeyd edilən torpaq sahəsini qızı Əliyeva Səfurə Qurban qızının adına 14.09.2018-ci ildə alqı-satqı yolu ilə almışdır. Mən onların hərəkətlərinə etiraz etdim, onlara torpağın kimdən alqı-satqı etdiyini soruşanda o heç bir reaksiya vermədi. Sonradan öyrəndim ki, keçmiş polis işçisi olan Qurban Əliyev saxta yollarla mənim torpağımı 40 min manata alıblar. Mən bu qanunsuzluğa qarşı bir neçə gün müxtəlif orqanlara şikayət etməklə mübarizə apardım.
30 sentyabrda saat 10:00 radələrində 4 mülkü geyimli silahlı və 5 nəfər polis formasında 2 avtopatrul maşını, ümumilikdə 15 nəfər polis əməkdaşı bizim məhəlləyə gələrək, Qurban adlı şəxsin saxta sənədlə ələ keçirdiyi əmlakımı hasara alınmasına köməklik göstərdilər. Bu polislərə rəhbərlik edən, həmin vaxt məzuniyyətdə olmasına baxmayaraq, o ərazidə “makler” kimi tanınan polis mayoru Hikmət idi. Əvvəl Hikmət polis formasında gəlmişdi, lakin məsələnin böyüdüyünü görüb az müddətdə formasını dəyişərək mülki paltarda polislərə göstəriş verirdi. Bütün bunların başında isə 41-ci polis bölməsinin rəisi Şirinov Urxan Ərəstun oğlu dayanırdı. Mən DİN-nin cinayətkarlıqla mübarizə apardığını və ictimai asayişi qoruduğun bilirdim, amma Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin əməkdaşları iş icraçılığını (prorab) edirlər. Mən ağsaqqal ziyalı müəllim kimi neçə illərdi dövlətçiliyimə təmənnasız xidmət edirəm. Bu gün də Qurban Əliyev adlı şəxs özünü daxili işlər naziri cənab Ramil Usubovun qohumu kimi təqdim edərək, mənə və ailə üzvlərimə mənəvi təzyiq göstərir. Qurban Əliyev özünü keçmiş polis işçisi kimi təqdim edərək, öz əlaqələrindən istifadə etməklə qanunsuz əməllərini davam etdirir. Buna da Səbail Pİ 41-ci PB-nin rəisi, Urxan Şirinov, sahə müvəkkili “makler” polis mayoru Hikmət və bölmənin siravi əməkdaşları, həmçinin Badamdar qəsəbə üzrə İcra nümayəndəsi Zaur Əliyev köməklik etmələridir.
Səbail rayonun İcra başçısı Əzizovun Bakı şəhər merinin vəzifəsi tapşırıldığından Səbail rayon İcra Hakimiyətinin Badamdar icra nümayəndəsi Zaur Əliyev bu boşluqdan istifadə edərək qanunsuz işlərlə məşğuldur və Badamdar qəsəbəsində daş karxanasının ərazisinə saxta sənədlər düzəldir.
Cənab Prezident!
Mən də Sizin kimi babayam. Polis işçilərinin bizim məhəlləyə gəlib silahla gəzmələri azyaşlı və məktəbli nəvələrimdə psixi pozuntu yaradıb. Mən bu silahlı polislərin nə üçün bizim həyətə gəldiyi sualına cavab verə bilmirəm. Azərbaycan polisinin hansısa bir nəfərin maraqlarına xidmət etdiyini başa düşə bilmirəm.
Əliyev Qurbanın dəstəsinin qanunsuz əməlini ifşa etsəm də, DİN əməkdaşları buna məhəl qoymur. Saxta sənədlərə heç kim əhəmiyyət vermir.
Məlumat üçün qeyd edirəm ki, torpağımı saxta sənədlə, özünün də xəbəri olmadan adına rəsmiləşdirilmiş Rüstəmov Mehman Camal oğlu ilkin olaraq Səbail rayon keçmiş İcra Hakimiyyətinin başçısı Rüstəm Məmmədovun anası, 15 mart 1995-ci il Məmmədova Biliy adına olan 885 N-li sərəncamı saxtalaşdıraraq öz adına sərəncam almaqla, mənə məxsus olan torpağı qonşum Əliyev Qurbanın qızının adına alqı-satqı etmişdir.
Yuxarıda göstərdiyimizdən belə nəticəyə gəlinir ki, Əliyeva Səfurə Qurban qızı, Rüstəmov Mehman Camal oğlu, Bəşirov Ruslan Adil oğlu və Səbail rayon İcra Hakimiyyətinin Badamdar qəsəbə icra nümayəndəsi Zaur Əliyev DİN Səbail rayonu 41-ci polis bölməsinin yuxarıda adları çəkilən rəhbərləri və əməkdaşları və tanımadığım bir neçə şəxslə əlbir olaraq, ilkin saxta sənədlə mənim torpağımı özəlləşdirməklə, saxtakarlığa getmiş və bu qanun pozuntusuna yol vermişlər.
Cənab Prezident!
Bütün bu deyilənləri nəzərə alaraq, saxtakarlığa yol verərək qanunlara hörmətsizlik göstərmiş Rüstəmov Mehman Camal oğlu, Bəşirov Ruslan Adil oğlu, Əliyev Qurban və onun qızı Əliyeva Səfurə Qurban qızı, Nağıyev Fərhad Məzahim oğlu, 41-ci bölmənin rəisi Urxan Şirinov, sahə rəisi mayor Hikmət adlı şəxslərin əməlləri ilə bağlı ölçü götürülməsi üçün müvafiq orqanlara göstəriş verməyinizi Sizdən xahiş edirəm”.
Göründüyü kimi ziyalı bir insanın başına açılan oyunların əsas səbəbkarı keçmiş və indiki polis işçiləridir. R.İmanovun müraciətindən də məlum oldu ki, Xətai rayonunda sahə rəisi işləmiş sabiq polis işçisi Qurban Əliyev özünü daxili işlər naziri cənab Ramil Usubovun qohumu kimi təqdim edir. Əgər Q.Əliyev R.Usubovun qohumu olsaydı, onda bilərdi ki, hörmətli nazir qanunu pozanın qardaşı belə olsa, bağışlamaz. Əgər Q.Əliyev Ramil Usubovun bu xarakterini bilmirsə, deməli onun nazirlə heç bir qohumluq əlaqəsi yoxdur. Sadəcə Q.Əliyev də Xocalıdan olduğu üçün, bu addan istifadə edir. Hər halda məsələyə hörmətli nazir Ramil Usubovun münasibət bildirəcəyi şübhəsizdir.
Araşdırmamız zamanı bir maraqlı məqam da ortaya çıxıb. Məlum olub ki, Bakı şəhəri Xətai rayonu General Şıxlinski küçəsi ev 39, mən 49-da yaşayan Ruslan Bəşirov məlum torpağı Qurban Əliyevin qızı Səfura Əliyevə satıb. İlk baxışda burada qeyri -adi heç nə görünmür. Amma nəzərə alsaq ki, Ruslan Bəşirov Səfurə Əliyevanın nişanlısıdır, onda mənzərə tam çılpaqlığı ilə aydın olur. Yəni nişanlı oğlan, öz nişanlısı Safura xanıma torpaq satır. Siz deyin, buna kim inanar? Sabiq polis işçisi Qurban Əliyevin saxtakarlığı burada açıq-aşkar görünmürmü?
Daha bir maraqlı məqam bilirsiniz nədir? Araşdırmamız zamanı müəyyən etdik ki, Badamdar qəsəbə üzrə icra nümayəndəsi Zaur Əliyev bu vəzifəyə təyin olunanda köhnə “Niva” markalı maşınla gəlmişdi. İşlədiyi bu 5-6 il müddətində görəsən icra nümayəndəsinin əmək haqqı nə qədər dir ki, bu gün Zaur Əliyev 70 min manatlıq “Lexus” markalı maşın sürür, Yasamal rayonu ərazisində 15-ə qədər müxtəlif obyektin və bahalı villanın sahibidir. Mənə elə gəlir ki, elə bu faktın özü deməyə əsas verir ki, Zaur Əliyev Ramiz İmanovun qanuni torpağının zəbt olunmasının əsas səbəbkarlarından biridir. O da maraqlıdır ki, Badamdar qəsəbəsində yerləşən daş karxanası ətraf mühitə ziyan vurduğuna görə Ekologiya və Təbii Sərvətlər nazirliyi tərəfindən bağlanıb. Bu isə Z.Əliyevin əlinə qazanmaq üçün daha bir fürsət verib. R.İmanov bizimlə söhbətində bildirdi ki, həmin daş karxanasının ərazisini hazırda Z.Əliyev sotu 1000 manatdan satır. Görünür Z.Əliyev həm maşının daha bahalısını istəyir, həm də obyektlərinin sayını artırmaq niyyətindədir. Yəqin ki, hüquq-mühafizə orqanlarının öz peşələrinə məsuliyyətlə yanaşan müvafiq qurumları bütün bu proseslərə aydınlıq gətirəcək və günahkarlar cəzalarını alacaqlar.
Mövzunu diqqətdə saxlayacağıq.
Hazırladı;
Elçin Məmmədli
P.S. Yazıda adları çəkilən hər kəsi dinləməyə hazırıq.