Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

"Üçüncü sinif dərsliyində erotika var"- Deputat

 
"Azərbaycanda zərərli informasiyaları dərsliklər yayır. Bunu saytlarda, qəzetlərdə yazılan məqalələr, ekspertlər deyir". 
Yenixeber.org: Bu barədə deputat Aqil Abbas "Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deyib.
Millət vəkili dərsliklərdə şagirdlərin yaşına uyğun olmayan materialların yer aldığını diqqətə çatdırıb:
"Məmmədhüseyn Təhmasib Sovet dövründə uydurma nağıllar öyrətdi uşaqlara. İndi də bu cür materiallar yer alır. Bizim redaksiyaya dünən bir valideyn gəlmişdi. İkinci sinif dərsliyində uşaqlara sual verilir ki, "Qarabağın qayıdacağına inanırsınızmı?” Uşaq "yox” cavabı verib, atası da onu vurub.
Üçüncü sinif dərsliyində erotika var, dərsliklərdə ləhcə var. Bəzi dərsliklər televizordan çox zərər verir. Bu dərslikləri hazırlayanlar məsuliyyət daşımalıdır. VII sinifdən sonra məktəblərdə heç kim yoxdur, hamı repetitor yanına gedir. Bu barədə danışmalıyıq. Sonra deyirsiniz ki, rus sektoruna niyə uşaqlar qoyulur? Çünki burada belə şey yoxdur”.
Qeyd edək ki, bu cür kitabların nəşr edilməsi və məktəblərdə dərs vəsaiti kimi istifadə olunmasınının məsuliyyətini təhsil naziri Ceyhun Bayramov daşıyır. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam